Azərbaycan ərazisində anomal istilər davam edəcək

Şənbə-bazar günlərində 49 nəfər günvurma ilə bağlı həkimə müraciət edib

Source:

Şənbə-bazar günlərində 49 nəfər günvurma ilə bağlı həkimə müraciət edib

Ölkə ərazisində anomal qızmar hava şəraiti iyulun 3-4-də davam edəcək.

Bu barədə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

nin Milli Hidrometeorologiya Departamentinin rəsmi məlumatında deyilir.

Həmin günlər Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 40-43, Aran rayonlarında və Naxçıvan MR-da 40-44, bəzi yerlərdə 46, Qazax-Gəncə zonası, Böyük Qafqaz, Lənkəran-Astara rayonlarında 38-42, dağlıq rayonlarda isə 28-33 dərəcə isti təşkil edəcəyi gözlənilir.

“Turan” informasiya agentliyinin məlumatına əsasən, ötən şənbə-bazar günlərində ümulikdə 49 nəfər günvurma ilə bağlı həkimə müraciət edib.

Bakı Təcili Yardım Xidmətinin baş həkimi Rauf Nağıyev bildirib ki, onların arasında dörd nəfər uşaq var.

Ana səhifəXəbərlərAzərbaycan ərazisində anomal istilər davam edəcək