Gürcüstan 29-cu, Ermənistan 34-cü yerdədir
Dünya iqtisadi forumunun ekspertləri ən təhlükəsiz ölkələrin reytinqini açıqlayıb.
136 ölkənin daxil olduğu siyahıya Finlandiya başçılıq edir.
İkinci yerdə Səudiyyə Ərəbistanı, 3-də isə İslandiya gəlir.
İlk onluqda sonrakı yerləri Oman, Honq Konq, Sinqapur, Norveç, İsveçrə, Ruanda və Qətər tutur.
Azərbaycan siyahıda 35-ci yerdə gəlir. Gürcüstan 29-cu, Ermənistan 34-cü, Rusiya 109-cu, Türkiyə 116-cı, Ukrayna isə 127-ci yerdədir.
Ən təhlükəli ölkələr isə Kolumbiya (136),Yəmən (1350 və Salvadordur (134).
“The Travel & Tourism Competitiveness Report 2017” adlı hesabat silahlı münaqişələr, cinayətkarlığın səviyyəsi və terror təhlükəsi də daxil olmaqla müxtəlif faktorlar əsasında hazırlanıb.
Mənbə: Azadlıq Radiosu