Azərbaycan Dünya xoşbəxtlik indeksində 80-ci yerdədir

Source:

2015-ci il üçün Dünya xoşbəxtlik indeksi hesabatı (World Happiness) açıqlanıb. Hesabatı BMT-nin himayəsilə davamlı inkişaf sahəsində qərarların hazırlanması Şəbəkəsi (SDSN) tərtib edib.

SDSN hökumət, elmi dairələr və özəl sektorun nümayəndələrindən ibarətdir. İlk rifah reytinqi 2012-ci ildə tərtib edilib.

Bu illik reytinqin hazırlanması zamanı ekspertlər 158 ölkədə vəziyyəti öyrənirlər. Məqsəd dövlət siyasətinə təsir göstərilməsidir.

Araşdırmalar Gallup World Poll-un məlumatlarına əsaslanır və alıcılıq qabiliyyəti nisbətində adambaşına düşən ÜDM, sosial dəstəyin səviyyəsi (insanın bədbəxtlik zamanı arxalana biləcəyi şəxsin olub-olmaması), doğum zamanı gözlənilən uzunömürlülük (ÜST-in məlumatları), şəxsi azadlığın, səxavətin və filantropiyanın səviyyəsi, korrupsiya anlamının qavranılması, sevincin səbəbləri kimi amillər nəzərə alınır.

İndeks 2012-2014-cü illər üçün məlumat bazasına əsasən tərtib olunub.

“Getdikcə xoşbəxtlik daha çox ictimai irəliləyiş üçün adekvat tədbiri və dövlət siyasətinin məqsədi sayılır. İnsanların həyat şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin axtarışı üçün bu araşdırmanın nəticələrindən və xoşbəxtlik göstəricisindən istifadə edən milli və yerli hakimiyyət orqanlarının sayı sürətlə artır”, – SDSN-in hesabatında deyilir.

Liderlər siyahısına İsveçrə, İslandya, Danimarka, Norveç, Kanada rəhbərlik edir. Siyahını Toqo, Burundi, Suriya, Benin və Ruanda qapayır.

Azərbaycan ötən il olduğu kimi bu il də 80-cı yeri tutub. O, Pakistan, Serbiya, Latviya,Çin, Rumıniya kimi ölkələri qabaqlayıb, lakin Türkiyə, Türkmənistan, Estoniya, Belarus, Rusiyadan geri qalıb.

Cənubi Qafqaz ölkələrinin geri qaldığı aydın hiss olunur: Ermənistan 127, Gürcüstan 130-cu yerdədir.



Turan IA

Ana səhifəXəbərlərAzərbaycan Dünya xoşbəxtlik indeksində 80-ci yerdədir