“İstintaq İdarəsinin rəisi Eldar Əhmədov Leyla Yunusa bildirib ki, bank onun həyat yoldaşını aldadıb”.
“Unibank” Açıq Səhmdar Cəmiyyəti (ASC) vətəndaşların konstitusion hüquqlarını pozur, onların əmanətlərini istədiyi kimi idarə edir. Bu fikirləri Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru, hüquq müdafiəçisi Leyla Yunus deyib.
Leyla Yunus Meydan TV-yə bildirib ki, aprelin 24-də həyat yoldaşı Arif Yunus Unibank-nin filialından 8 min 740 avro çıxartmaq istəsə də, ona “pulun olmadığını” bildiriblər. Növbəti gün yenə pul çıxartmağa imkan verməyiblər. Amma onda pulun çıxarılmağın mümkünsüzlüyünü texniki problemlə bağlayıblar. Nəticədə aprelin 28-də Unibank-ın baş ofisində mühafizə xidmətinin rəisi Vaqif müəllim bildirdi ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən pul verilməyəcək.
Amma Ermənistana casusluqda ittiham olunan Rauf Mirqədirovun istintaqı zamanı Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin rəisi Eldar Əhmədov Leyla Yunusa bildirib ki, bank onun həyat yolldaşını aldadıb. “Deməli, Azərbaycanda banklara etibar yoxdur” – Leyla Yunus belə deyib.
“İstintaq İdarəsi banka heç bir sorğu göndərməyib və Nəsimi Rayon Məhkəməsinin də belə bir qərarı olmayıb”-Leyla Yunus Əhmədovun fikirlərini səsləndirib.
Yunusların vəkili Xalid Bağırovun sözlərinə görə, o, bununla bağlı Unibank ASC-yə hansı hüquqi əsaslara dayanaraq rədd cavabı verməsi barədə sorğu göndərib. Bankın bu hərəkəti Konstitusiyanın 29-cu maddəsinin pozulması deməkdir.
“Bu maddənin dördüncü bəndində vətındaşlara tıminat verilir ki, məhkəmənin qərarı olmadan heç bir şəxs öz mülkiyyətindən məhrum edilə bilməz. O cümlədən, bankla müştəri arasında müqaviləyə əsasən insanlar hər bir vaxt öz pullarını şəxsi hesablarından çıxartmaq haqqına malikdirlər”.
Vəkil sorğuya hələ cavab verilmədiyini bildirib: “Amma qanunla müəyyın edilın vaxt bitdikdən sonra nəticədən asılı olmayaraq Yunuslar öz hüquqlarını sona qədər tələb etməkdə israrlıdır”.
Bankın mətbuat xidməti “Turan İA”-a deyilənlərə reaksiya verəcəklərinə vəd etsə də, cavab olmayıb.