Azərbaycan avstriyalı idmançıların müalicə xərclərini üzərinə götürəcək

Azad Rəhimov: “İstintaq avstriyalı idmançılarla bağlı qəzanı araşdırır”

Source:
500

Azad Rəhimov: “İstintaq avstriyalı idmançılarla bağlı qəzanı araşdırır”

“İstintaq orqanları Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş insidenti araşdırır”.

APA

-nın məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. O qeyd edib ki, istintaqın gedişatı haqqında Azərbaycan da məlumatlandırılacaq.

“İki xanım idmançı yüngül xəsarətlər alıb. Onların vəziyyəti normaldır. Üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib. Artıq əməliyyat başlayıb. Xoş olan odur ki, o xanım artıq ayaqlarını tərpədə bilir. Fikrimcə, hər şey yaxşı olacaq”, – deyə nazir bildirib.

Rəhimov həmçinin deyib ki, Azərbaycan tərəfi avstriyalı idmançının müalicəsinin xərcini üzərinə götürəcək.

“Azərbaycanın Avstriyadakı səfirliyi lazimi yardımı göstərir. Biz Avstriya tərəfinə istənilən kömək göstərməyə hazırıq”, – deyə o vurğulayıb.

Ana səhifəXəbərlərAzərbaycan avstriyalı idmançıların müalicə xərclərini üzərinə götürəcək