Azərbaycan Avropa Məhkəməsində ”lider” oldu

Seçki hüquqlarının pozuntusu ilə bağlı qərarların sayı 17-yə çatdı

Source:
Xaliq Bağırov
Xaliq Bağırov


Seçki hüquqlarının pozuntusu ilə bağlı qərarların sayı 17-yə çatdı

”Azərbaycan Avropa Məhkəməsində bir göstərici üzrə artıq vahid liderə çevrildi. Avropa Məhkəməsi qərarlar qəbul etdiyi 1959-cu ildən üzü  bəri seçki hüquqlarının pozuntusu ilə bağlı cəmi 79 qərar qəbul etmişdi. Bu qərarlardan ən çoxu 17 qərar İtaliyaya qarşı idi. Ötən ilin dekabr ayında Azərbaycan da İtaliyanın göstəricilərini yaxaladı. Azərbaycana qarşı qərarların sayı da 17-yə çatdı”.

Bu sözləri hüquqşünas Xalid Bağırov öz Facebook səhifəsində yazıb. Onun  sözlərinə görə, əslində bu qərarların 29 da saymaq olar:

”Çünki son zamanlar Avropa Məhkəməsi Azərbaycanla bağlı işlərə, əsasən seçki pozuntusu olan işlərə baxarkən, ”bir iş bir qərar” prinsipindən imtina edib, 4-6 işi birləşdirərək, bir qərar çıxarır. 17 qərar da, 29 iş üzrə idi. Bundan əlavə, 9 işlə (İsa Qəmbər və qrupu) bağlı da Avropa Məhkəməsi qərar qəbul etməsə də, bu işdə dövlət pozuntunu tanımışdı. İndi də 11 işlə bağlı 2 qərar gəldi. Beləliklə, 40 iş üzrə 19 qərarla Avropa Məhkəməsi tərəfindən seçki hüquqlarının pozuntusunun tanınması üzrə Avropada birinci yerdəyik”.

Xalid Bağırov deyir ki, Avropa hüquq məktəblərində seçki hüquqları ilə bağlı dərslər Azərbaycan nümunələri əsasında aparılır: ”Heç olmasa onlara faydamız dəyir- necə seçki keçirmək olmaz nümunəsi ilə. Azərbaycandan sonrakı yerləri tutan ölkələr bunlardır: Türkiyə 9 qərar, Böyük Britaniya 6 qərar (yeri gəlmişkən, Britaniyanın Avropa Şurası ilə bağlı ən böyük problemini bu məhbusların seçki hüququ ilə bağlı qərarlar təşki edir), Rumıniya 5, Bolqariya 4, Yunanıstan, Macarıstan, Latviya və Rusiya hər biri 3, Ukrayna və Moldova hər biri 2 qərar, Ermənistan, Avstriya, Çexiya, Gürcüstan və Litva hər biri 1 qərar”.

Ana səhifəXəbərlərAzərbaycan Avropa Məhkəməsində ”lider” oldu