Azərbaycan: Anın siyasi tələbi

Əliyev hətta neft qiymətlərinin düşməsinin siyasi sifarişin nəticəsi olduğunu istisna etməyib

Source:


Əliyev hətta neft qiymətlərinin düşməsinin siyasi sifarişin nəticəsi olduğunu istisna etməyib

Prezident İlham Əliyev oktyabrın 12-də hökumətin “2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə” həsr olunmuş iclasını keçirib.

Qeyd etmək lazımdır ki, xarici və daxili siyasətdən bəhs edərkən prezidentin nitqində emosionallıq azalıb, hadisələrin və proseslərin qiymətləndirilməsi isə sentyabrın 8-də hökumətin iclasında etdiyi çıxışla müqayisədə daha tarazlaşdırılmış idi. Həmin vaxt müşavirə iqtisadi problemlərə və 2016-cı il üçün dövlət büdcəsinin hazırlanması üzrə işlərə – gələn ilin ən mühüm məsələsinə həsr olunmuşdu.

Oktyabr çıxışında prezident həmin problemlər haqqında daha ehtiyatlı, üstüörtülü danışıb və bu mənada sentyabr müşavirəsinə baxmaq daha doğru olardı. Həmin iclasda vəziyyətin anın siyasi tələbinə uyğunlaşdırılan qiymətləndirilməsi daha açıq səslənib. Prezidentin məntiqinə əsasən, bu an aşağıdakı amillərlə şərtlənir:

1. Dünya iqtisadi böhranı.

2. Xarici təzyiq.

3. Neft qiymətlərinin düşməsi.

4. Daxili dövlət investisiyalarının azalması.

5. Sosial gərginlik.

Əliyevi növbəti dəfə xalqa müraciət etməyə vadar edən – bu cür müşavirələrdən məhz bunun üçün istifadə olunur – xarici amillərdən aşağıdakını qeyd etmək olar:

1. Azərbaycanda spesifik maraqları olan Barışmaz ölkələr – ABŞ, Rusiya və İranın əməkdaşlığı qeydə alınan Suriyada beynəlxalq antiterror əməliyyatlarının yeni fazasına hazırlıq.

Digər üç amil daxili siyasətə aiddir:

1. Gələn yarım ayda baxılacaq və qəbul ediləcək 5 mlrd. manat (ekvivalent $10 mlrd.) kəsilmiş 2016-cı il büdcəsinin hazırlanmasının yekun mərhələsi. Bu mövzu prezidentin nitqində ən mühüm məqam, hətta onun əsas qayəsi idi.

2. Yəqin ki, növbəti operativ amil 1 noyabr parlament seçkiləridir. Əliyev diqqəti seçkilər üzərində cəmləşdirməyib, bununla da bu mövzunun, eləcə də parlamenti icra hakimiyyətinin beşinci təkəri kimi görən Azərbaycan xalqının onu o qədər də narahat etmədiyini göstərib.

3. Və nəhayət, sonuncu amil cəmiyyətdə artmaqda olan sosial gərginliyin azalması zərurəti ola bilərdi, inflyasiyanın artması və mal və xidmətlər bazarının bütün seqmentlərinin zəifləməsi buna dəlalət edir.


Dünya xaosu – idarə olunandır

Çıxışın əvvəlində İlham Əliyev Azərbaycanın problemlərinin cüzi görünə biləcəyi bir fon yaratmağa çalışıb. “Dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir. Xüsusən, Avrasiya məkanında bu böhran daha ciddi forma alıb. Avropada olduğu kimi, Asiyada da iqtisadi tənəzzül müşahidə olunur”, deyə o bildirib.

Cəmiyyətə xarici xarakterli ikinci mesaj ölkənin dünyadakı mənfi proseslərdən, yəni xarici təzyiq istiqamətindən asılı olmayaraq, kənardan gələn hər şeydən qorunması tezisi olub. “Biz bunu bacarırıq, bunun öhdəsindən uğurla gəlirik və ölkəmizi qoruyuruq. Ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik”, deyə Əliyev bildirib.

Prezident Avrasiya məkanında siyasi, hərbi və iqtisadi böhranın əsas səbəbini sabitliyin pozulmasında və bəzi ölkələrin siyasi maraqlarında görür.

O, Yaxın Şərqdə qanlı müharibələrin sonunu görmür və “qanlı qarşıdurmaların baş veriyi, eyni zamanda siyasi və iqtisadi böhranın baş verdiyi, arxasında xarici müdaxilə duran qarşıdurma təmayüllərinin gücləndiyi” postsovet məkanında vəziyyətin getdikcə daha da gərginləşdiyini qeyd edir.

Öz arqumentlərini gücləndirmək üçün Əliyev Avropa İttifaqının qarşılaşdığı humanitar fəlakətə toxunub və Qərb KİV-lərini yaranmış vəziyyətə görə təqsiri Yaxın Şərq qaçqınlarının üstünə atmaq cəhdində ittiham edib. “Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin qurbanıdır. Onlar xarici müdaxilənin qurbanıdır”, deyə Əliyev xarici əlbirlik tezisini bir daha təkrar edib.


Ərəb baharı, Maydan, beşinci kolonna

Xarici mənfi fondan daxili müsbət fona keçən Əliyev hətta dünya böhranı şəraitində belə iqtisadiyyatın inkişaf etdiyini və sabitliyin möhkəmləndiyini qeyd edib. Öz sabitlik tezisinin effektini artırmaq üçün o, Yaxın Şərqdə baş verən hadisələri bədii surətdə Azərbaycan sərhədlərindən kənara keçirməyə çalışıb. “Bir daha qeyd etmək istəyirəm ki, bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilərdən Azərbaycan üçün də hazırlanıb. 2011, 2012-ci illərdə bəzi xarici dairələr Azərbaycanda “ərəb baharı” yaranmasından, bunun qaçılmaz olduğundan danışırdı. Onlar “qeyri-hökumət təşkilatları və beşinci kolon pərdəsi altında burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün nələr etmədilər?!”, deyə o, emosional şəkildə qeyd edib.

Əliyevin sözlərinə görə, müasir, tolerant və dünyəvi Azərbaycan hər yerdə üstünlüyə malik olmağa çalışan, hər yerdə öz xalqına söykənən ləyaqətli siyasətçilər deyil, “marionetlər” görmək istəyən dairələrə mane olur. “Xalqın və hakimiyyətin birliyi sabitliyin və xarici müdaxilənin uğursuzluğunun əsas arqumenti olub”, deyə o bildirib.

Prezident sabitliyin pozulduğu Ukrayna, Yaxın Şərq, Suriya, İraq, Liviya və sabit Azərbaycan arasında müqayisəli təhlil aparıb.

Əliyev hətta neft qiymətlərinin düşməsinin siyasi sifarişin nəticəsi olduğunu istisna etməyib, amma qeyd edib ki, müxtəlifləşdirmə siyasəti Azərbaycanın neft qiymətlərinin iki dəfə ucuzlaşdığı şəraitdə mənanət göstərməsinə kömək edib.


Sabitlik, inkişaf, möhkəmlik

İlham Əliyev bu şəraitdə Azərbaycan xalqının bundan əziyyət çəkməməsi üçün hökuməti 2016-cı ildə iqtisadi inkişafı təmin etməyə çağırıb.

Əliyev 2015-ci ildə Azərbaycanın iqtisadi inkişafını “çox sürətli” inkişaf kimi qiymətləndirib. Onun sözlərinə görə, 6 ayın yekunları ilin çox yüksək nəticələrlə başa çatacağını deməyə imkan verir. Ümumi daxili məhsul, demək olar ki, 6 faiz artıb. Qeyri-neft iqtisadiyyatı 9 faizdən çox inkişaf edib. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz, qeyri-neft sənayesi 14 faiz inkişaf edib.

O, uğurların əsasını təşkil edən iki mühüm məqamı göstərib:

1.Azərbaycan xalqının maraqları üzərində qurulmuş güclü siyasi iradə.

2.Düşünülmüş siyasət əsasında uzunmüddətli islahatlar həyata keçirilməsi.

Prezident qeyd edib ki, iqtisadi göstəricilər Azərbaycan iqtisadiyyatının neftə əsaslandığı haqqında fikri təkzib edir.

Əliyevin auditoriyaya mühüm mesajı 2016-cı ildə iqtisadiyyatın inkişafı üçün bu ilin sonuna qədər görülməli olan “zəruri tədbirləri” qısa anons etməsi olub:

1. Hökumətin elastikliyi və səmərəliliyi.

2. Sosial məzmun, prioritet investisiya layihələri ilə tamamlanmış real və qənaətli büdcə.

3. İsrafçılığa yol verilməməsi, maliyyə intizamının gücləndirilməsi, vəsaitlərə qənaət.

4. Sosial proqramların ixtisarsız həyata keçirilməsi.


İdarəetmənin şəffaflığı və səmərəliliyi

Əliyev idarəetmə sahəsində aşağıdakı vəzifələri görür:

1. İdarəetmədə islahatların dərinləşdirilməsi.

2. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi.

3. “ASAN xidmət” dövlət sənədlərinə asanlaşdırılmış çıxış xidmətinin genişləndirilməsi və “ASAN xidmət” standartlarının bütün sahələrə şamil edilməsi.

4. 2016-cı ildə yeni vəziyyətdə hökumətin işi.

5. İnnovasiyaların üstünlükləri.

6. Sahibkarlığın inkişafı.

7. Maliyyə sabitliyi.

8. Valyuta ehtiyatlarının və ilk növbədə Dövlət Neft Fondunun ehtiyatlarının qorunması.

Nitqini tamamlayan prezident bir daha gündəliyin əsas mövzusuna – 2016-cı il büdcəsinə diqqət çəkib. “Bir daha demək istəyirəm: əsas odur ki, gələn ilin büdcəsi tarazlaşdırılmış, reallığı əks etdirən və lazımsız xərclərə yol verməyən bir büdcə olsun”, deyə o, çətinliyə düşmüş hökuməti yeni təfəkkür və davranış çərçivələri arasına sıxışdırıb.

Ana səhifəXəbərlərAzərbaycan: Anın siyasi tələbi