Azərbaycan 7 İslam ölkəsinin xərclərini qarşılaya bilər

Azad Rəhimov: “Çalışırıq onlara kömək edib, oyunlara cəlb edək”.

Source:
Azad Rəhimov
Azad Rəhimov


Azad Rəhimov: “Çalışırıq onlara kömək edib, oyunlara cəlb edək”.

“Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıq yekunlaşır”, – gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında belə deyib.

Nazirin sözlərinə görə, nəqliyyat sistemi ilə bağlı daha ucuz və əlverişli vasitələr tapılıb:

“Avropa Olimpiya Oyunlarında çoxlu avtobuslar sifariş olunmuşdu. Bu dəfə biz fərqli yollar tapmalı, həyata keçirməliyik. Bu, daha ucuz, daha keyfiyyətli və idmançıların razı qalacağı nəqliyyat olmalıdır”.

Azad Rəhimov deyir ki, əsas məqsəd 57 ölkənin oyunlarda iştirakını təmin etməkdir:

“50 ölkənin təsdiq cavabını almışıq. Qalan 7 ölkə isə gələ bilmir. Bəzilərinin maliyyə problemləri var. Çalışırıq onlara kömək edib, oyunlara cəlb edək”.

Nazir həmin ölkələrin adlarını açıqlamayıb.

Ana səhifəXəbərlərAzərbaycan 7 İslam ölkəsinin xərclərini qarşılaya bilər