Azərbaycan mətbuatının 141 illiyinə
2015-ci ildə manatın devalvasiyası və iqtisadi fəallığın azalması ilə əlaqədar Azərbaycan KİV-lərinin iqtisadi vəziyyəti daha da pisləşib. Bir sözlə KİV böhranının ardından ölkə böhran zolağına qədəm qoyub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda KİV-in əsas gəlir mənbəyinin – reklam bazarının ümumi dövriyyəsi 13,3% azalıb və bir il əvvəlki 72,5 mln. manatın (93 mln. dollar) yerinə 62,8 mln. manat (60 mln. dollar) təşkil edib. Dollarla ifadə etdikdə bazar 35% geriləyib.
Media reklamının həcmi təxminən 26 mln. manat (24,7 mln. dollar) təşkil edib. Manatla ifadə etdikdə 3% artsa da, dollarla ifadə etdikdə reklam həcmi 22,8% azalıb.
Mediareklam bazarının həcmi, min manatla
10 mərkəzi kanaldan ibarət olan tele və radioyayım tamamilə hakimiyyətin nəzarəti altındadır və buraya daxil olan 22,9 mln. dollarlıq (2014-cü ildə 28,9 mln. dollar) vəsait bu yayımların müəyyən dərəcədə mövcud olmasını təmin edir, amma cüzi gəlir onların inkişafını ciddi şəkildə gecikdirir.
Çap və onlayn KİV-in reklam həcmi – 2,9 mln. dollar (2014-cü ildə 1,08 mln. dollar) onların ticari cəhətdən yoxsulluğunu və tamamilə xarici maliyyələşmədən asılılığını göstərir. Statistika çap KİV-də reklamın dörd dəfədən çox artdığını göstərir. Amma bu, prezidentin ailə üzvlərinin rəhbərlik etdiyi “Bakı” kimi qlamur jurnallara reklam axını hesabına baş verib.
Azərbaycanda təxminən 300 real və onlayn KİV var. Orta hesabla bu KİV-in hər birinin payına ildə 8,5 min dollar və ya ayda 708 dollar reklam gəliri düşür. Əlbəttə, onların böyük əksəriyyəti reklam almır, kiçik hissəsinin ildə bir neçə on minə qədər reklamı olur ki, bu da bir ay ərzində böyük ştatın saxlanmasına və leqal əmək haqlarına kifayət etmir.
KİV-in iqtisadi cəhətdən əlverişli və azad inkişafının, habelə azad iqtisadiyyatın göstəricisi dünyada qəbul edilmiş mediareklam bazarının ölkə ÜDM-də həcmi normasıdır ki, bu göstərici 1%-dən çox olmalıdır.
2008-ci ildə başlayan növbəti dünya iqtisadi böhranına qədər azad iqtisadiyyatı olan demək olar ki, bütün ölkələrdə bu nisbət mövcud idi. Balans sonrakı böhran illərində pozuldu, amma 2015-ci ilin yekunlarına görə azalma 50%-dən artıq olmayıb. ABŞ istisna təşkil edir, burada ÜDM-ə 1% qızıl nisbət təmin edilmişdi.
Azərbaycanda mediareklam bazarının həcmi və ÜDM-in (51,7 mlrd. dollar) nisbəti 0,047% təşkil edib. Bu, 2014-cü ildə olduğundan (0,034%) bir qədər çoxdur. Bu, 2005-ci ildəkindən xeyli azdır, həmin vaxt bu göstərici 0,14%-ə bərabər olub. Həmin vaxt, Turan-ın araşdırmalarına görə, bazarın həcmi 25 mln. dollar, ÜDM 19,9 mlrd. dollar təşkil edib.
Tirajlar və digər problemlər haqqında
Qəzet və jurnalların tirajları azalıb və pərakəndə ticarətdə maksimum satış həcmi gündə 2 min nüsxə təşkil edir. Bu, beş il əvvəl olduğundan 3-4 dəfə azdır. Abunə yazılma yolu ilə yayılan dövri mətbuatın tirajları xeyli yüksəkdir, amma bu, dövlətin himayəsi sayəsində baş verir – büdcə təşkilatlarını bir sıra dövlət və hökumətyönül qəzetlərə və jurnallara abunə yazılmağa məcbur edirlər.
Mətbuatın pərakəndə satışının növbəti dəfə 90-cı illərin sonlarında başlayan azalmasına dövlət metrolarda, küçələrdə çap məhsullarının satışına qadağa tətbiq etmək, habelə onların köşklərdə satışını məhdudlaşırmaq yolu ilə nail olub. Çap məhsulları satan köşklərin sayı da azalmaqda davam edirdi. Avropada 1,5 min nəfərə 1 köşk düşdüyü halda, Azərbaycanda 17 min nəfərə 1 köşk düşür. Digər bir problem reklam olmadığına görə qəzetlərin tiraj satışı hesabına ayaqda qalmaq məcburiyyətində olmasıdır. Bununla əlaqədar son üç ildə qiymətlər üç dəfə bahalaşıb və bir nüsxənin qiyməti 0,60 manata çatıb. Bu, çox bahalı qiymətdir və potensial oxucuları hürküdür.
Aşağı gəlirlər məhsulun keyfiyyətinə də ciddi təsir göstərir – məqalələrin, məlumatların peşəkarlıq səviyyəsi aşağı olur ki, bu da oxucuları uzaqlaşdırır.
Digər bir problem keyfiyyətsiz poliqrafiyadır. Ölkədə yalnız dövlət qəzetləri rəngli buraxılır, qalan bütün qəzetlər ağ-qara formatda çıxarılır.
Tirajların azalmasını internetin inkişafı ilə əlaqələndirmək olmaz. Qonşu ölkələrin – Gürcüstan və Ermənistanın təcrübəsi göstərir ki, qəzetlər hələ də gəlirli və reklam üçün cəzbedici sahə olaraq qalır, hələ Qərb ölkələrini demirik. Gürcüstanın Kviris Palitra qəzetinin gündəlik tirajı 30 min, Alia – 12 min, Sitkva isaqme – 10 min, Rezonansi – 7 min ədəddir. Reklam qəzetlərin 50%-ə qədər sahəsini tutur. Ermənistanda özəl Haykakan Zhamanak, Aravot, 168 Zham və İravunk qəzetləri daha populyardır. Onların gündəlik tirajları bir neçə min ədəddir və 8 mindən artıq deyil.
Sivil dünyada oxucuların çap versiyasından elektron versiyaya keçidi baş verir, amma bu, təkamül yolu ilə baş verir və istənilən halda KİV-ə də təkamül yolu ilə nəşr formasını dəyişmək imkanı verir.
KİV-in iqtisadi vəziyyətinin mənfi dinamikasının obyektiv və subyektiv səbəbləri
Aşağıdakıları obyektiv səbəblər adlandırmaq olar:
1. İqtisadi böhran. ÜDM-in dollarla ifadə edildikdə 29,5% azalması
2. İnkişafın tarazlı olmaması:
Növbəti obyektiv mane – böyük qeyri-leqal iqtisadiyyat layıdır, qeyri-neft sahəsində inhisarçılıq, zəif kiçik və orta mal və xidmət istehsalçıları sinfi.
Subyektiv səbəblərə dövlətin reklam gəlirlərinin daxil olmasının qarşısını almaq yolu ilə iqtisadi cəhətdən KİV-i məqsədyönlü şəkildə boğmasını aid etmək olar. Müstəqil və müxalif KİV-ə reklam verilməməsi məqsədilə reklamverənlərə təzyiq göstərilib və göstərilir. Bunun nəticəsi kimi müstəqil KİV, demək olar ki, bir institut kimi mövcudluğuna son qoyub.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə təxminən 34 qəzetə 2,6 mln. manat rəsmi maliyyə vəsaiti ayrılırdı. Amma dövlətin qeyri-leqal maliyyələşdirmə aysberqinin böyük və ya sualtı hissəsi on milyonlarla dollar təşkil edə bilər. İqtisadi asılılığın nəticəsi kimi KİV təbliğat vasitəsi olaraq qalır və artıq KİV haqqında qanunda və Jurnalistin Peşə-Etika Məcəlləsində bəyan edilən funksiyanı daşımır. Sözügedən məcəllənin əsas prinsipi həqiqətə xidmət, dəqiqlik və obyektivlik prinsipidir.
KİV böhranının davam etməsi ilə əlaqədar əvvəlki məqalədən (2015-ci ilin iyulu) çıxarılan
nəticə və proqnoz
bu araşdırmaya da tətbiq edilə bilər.
“Hələ ki, mediareklam bazarının vəziyyətinin son 10 ilin normaları həddində qalacağını proqnozlaşdırmaq olar, çünki bu, siyasi-iqtisadi təzahürdür. İnkişaf etmiş mediareklam bazarı azad və liberal iqtisadiyyatın tərkib hissəsidir, Azərbaycan iqtisadiyyat isə buna aid deyil. Beynəlxalq standartlara uyğun mediareklam bazarının formalaşması yalnız yüksək iqtisadi azadlığın, mal və xidmət istehlakçılarının, xüsusən inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının mühərriki olan kiçik və orta biznesin ədalətli və yüksək rəqabətinin olduğu bir şəraitdə mümkündür. Bu isə dövlətin əsas institutlarından biri müstəqil KİV olan demokratik idarəetmə sistemi yaradılmadan mümkün deyil. Azərbaycanda hazırki hakimiyyət dəyişikliklərə hazır deyil və maksimum status-kvonun qorunub saxlanmasına can atacaq”.
Qlobal mediareklam bazarı
Qlobal reklam bazarı artım təmayülünü davam etdirib. ZenithOptimedia kommunikasiya şəbəkəsinin yeni proqnozuna əsasən, 2015-ci ildə qlobal reklam bazarı 4,4% artıb və 554 mlrd. dollara çatıb. 2016-cı ildə 5,3% artım gözlənilir.
2016-cı ildə mobil internet reklamına qlobal investisiyalar mətbuatda yerləşdirilən reklam xərclərindən artıq olacaq. Bu media dünyada reklam xərclərinin 12,4%-ni təşkil edəcək. Mətbuatın payı 11,9%-ə qədər azalacaq, ZenithOptimedia belə proqnozlaşdırır. Mobayl mediareklam investisiyalarının ölçüsünə görə TV və dekstop-intrnetdən sonra üçüncü olacaq. Mobil internetin inkişafı qlobal reklam investisiyalarının artımında əsas drayver olaraq qalır. 2014-cü ildən 2017-ci ilə qədərki dövrdə qlobal reklam bazarının inkişafında onun payı 83% təşkil edəcək. 2018-ci ildə internet TV-ni keçəcək və reklam investisiyalarının ölçüsünə qədər dünyada birinci olacaq.
Agentliyin araşdırmalarına əsasən, 2014-cü ildə mediareklam bazarı aşağıdakı kimi bölünmüşdü:
2017-ci ilin nəticələrinə görə qlobal reklam bazarı 581 mlrd. dollara qədər artacaq, burada mediareklam bazarı artıq 93% və ya 541,6 mlrd. dollar təşkil edəcək:
Yəni 2015-2017-ci illərdə mediareklam bazarı təxminən 14% inkişaf edəcək.
Agentliyin məlumatına görə, aparıcı reklam bazarları onluğuna aşağıdakı ölkələr daxildir:
Turan Analitika Xidməti