Azər Qasımlı İstintaq İdarəsinin rəisinə müraciət etdi

”Qanuni əsas olmadan ölkədən çıxışımıza qadağa qoyulursa, deməli, biz artıq avtoritarlıqdan totalitarlığa yuvarlanırıq”

Source:
Azər Qasımlı foto sosial şəbəkə


”Qanuni əsas olmadan ölkədən çıxışımıza qadağa qoyulursa, deməli, biz artıq avtoritarlıqdan totalitarlığa yuvarlanırıq”

Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü, sədrin siyasi məsələlər üzrə müavini Azər Qasımlı ölkədən çıxışına qoyulan qadağa ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədova ərizə ilə müraciət edib.

Bu barədə Azər Qasımlı öz “Facebook” səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, sentyabrın 30-da şəxsi işləri ilə bağlı 2 günlük İstanbula getməli imiş, lakin heç bir əsası olmadan qoyulan qadağa buna mane olub: “Biletimi də 2 həftə əvvəl almışdım. Ölkədən çıxışıma qoyulan qadağa tam qanunsuzdur. Haqqımda nə cinayət işi açılıb, nə də məhkəmənin hər hansı qərarı var. Qanuni əsas olmadan ölkədən çıxışımıza qadağa qoyulursa, deməli, biz artıq avtoritarlıqdan totalitarlığa yuvarlanırıq.

Belə davam etsə, Azərbaycanın Şimali Koreyadan həqiqətən də heç bir fərqi olmayacaq. Bu gün siyasətçilərə qarşı bunu edirlərsə, sabah hamıya qarşı edəcəklər. Lakin bilirəm ki, totalitar rejim qurmaq cəhdləri olsa da, bunu etmək mümkün olmayacaq”.

Azər Qasımlı sentyabrın 28-də ölkədən çıxarkən Böyük Kəsik keçid məntəqəsində saxlanılaraq geri qaytarılıb. Ona ölkədən hansı səbəblə buraxılmaması barədə heç bir məlumat verilməyib.

Ana səhifəXəbərlərAzər Qasımlı İstintaq İdarəsinin rəisinə müraciət etdi