Azər Kazımzadə Tbilisidə izlənildiyini deyir

“Özümə qarşı baş verəcək hər bir hadisənin sifarişçisi birbaşa İlham Əliyev hakimiyyətidir”

Source:
Azər Kazımzadə
Azər Kazımzadə



Özümə qarşı baş verəcək hər bir hadisənin sifarişçisi birbaşa İlham Əliyev hakimiyyətidir”

 Sentyabrın 19-da axşam saatlarında Gürcüstanda yaşayan jurnalist Azər Kazımzadə Tbilisi Polis İdarəsinə aparılıb. Baş verənlər barədə jurnalistin özü “Facebook” səhifəsində məlumat paylaşıb. Azər Kazımzadə yazıb ki, o, sentyabrın 8-dən izləndiyini hiss edib:

“3 nəfər şəxsin məni izlədiyinə əmin olmağım üçün qatar vağzalı ərazisində bir-iki küçə dəyişdim və əmin oldum ki, izləyirlər. İzləyənlərdən biri, hündürboylu oğlan azərbaycanlı idi. Bunu mən son 9 ay ərzində iki dəfə Heydər Əliyev parkında və iki dəfə də restoranda görmüşəm”.

Azər Kazımzadə deyir ki, Tbilisidən getmək istədiyi üçün izləndiyini ictimailəşdirməyib:

“Avropada olan bir-iki dostumuza dedim ki, vəziyyət bu cürdür. Dunən təqribən günorta evdən piyada Hollandiya səfirliyinə qədər getdim. Ora qədər yenidən izləyirdilər və ordan taksi ilə vağzala getdim. Artıq vağzal ərazisində mənimlə onlar arasında məsafə 3-4 m olardı. Maksimum psixoloji təsir etməyə çalışırdılar, amma mən qətiyyətlə heç bir cavab vermirdim. Evə gəldim, təqribən 15-20 dəqiqə keçmişdi, gördüm qapı döyülür. Qapıya çıxanda gördüm ki, heç kim yoxdur. Təqribən 2-3 aralığında, bu, 4-5 dəfə təkrar olundu. Mən dostlarım Rahim Şaliyev və İmran Süleymanova dedim və onlar da polisə zəng edib məlumat verməyimi məsləhət gördülər. İmranla danışandan sonra qapı dağıdılırmış kimi döyülürdü və o azərbaycanlı oğlan israrla qışqırırdı: “Aç qapını, səninlə təcili danışmalıyıq”. Mən kim olduqlarını və qapını niyə sındırmağa çalışdıqlarını soruşdum. Onda başladilar təhqir etməyə. Elə onlar qapıda olan an mən polisə zəng etdim, hətta telefonda qışqırdım ki, həyatıma təhlükə var. Bu an həmin azərbaycanlı dedi ki, “əclaf şivən saldı, indi tökülüşəcəklər bura, sonra baxarıq. Səs kəsildi və 10-15 dəqiqədən sonra polis gəldi”.Jurnalist deyir ki, polis sorğu-sual edib məlumat topladıqdan sonra polis onu idarəyə aparıb:

“Məsələ budur ki, heç izahat yazdırmadılar. Amma maşında bildim ki, İnterpol məsələsi var və idarədə olduğum 3 saat ərzində Azərbaycandakı və burdakı fəaliyyətim haqda soruşdular. Vəkil gələnə kimi konkret qarşımda AzTV, yaxud Azərbaycan polisi danışırdı. Vəkil gələndən sonra isə 2 saata yaxın müddətdə izahat alıb buraxdılar. Mənim polisdən tələbim bu adamların araşdırılıb tapılması və məsuliyyətə cəlb edilməsidir”.

Jurnalist deyir ki, özünə qarşı baş verəcək hər bir hadisənin sifarişçisi kimi birbaşa İlham Əliyev hakimiyyətini bilir:

“Heç bir təzyiq vasitəsi məni tutduğum haqlı yoldan döndərə bilməz. Gürcüstanda başıma gələcək istənilən hadisəyə görə Gürcüstan hakimiyyəti məsuliyyət daşıyır”.

Azər Kazımzadə əslən Lerik rayonundandır. O, “Tolışon Sədo” qəzetinin, “Obyektiv TV”, “Düşün TV” internet kanallarının aparıcısı olub.

Ana səhifəXəbərlərAzər Kazımzadə Tbilisidə izlənildiyini deyir