“AZAL ziyanla işləyir, rəhbəri isə ölkədə ən varlı adamlardan biridir”

Regionda ən baha qiymətə bilet satır, amma yenə rəsmi rəqəmlər deyir ki, ziyanla işləyir.

Source: Foto: google.az


İqtisadçı: “Regionda ən baha qiymətə bilet satır, amma yenə rəsmi rəqəmlər deyir ki, ziyanla işləyir”

AZAL 2018-ci ili zərərlə başa vurub. İlin yekunlarına görə, yerli aviaşirkətlər (AZAL, BUTA) ümumilikdə 208 milyon 233 min manat zərərə məruz qalıb. Aviaşirkətlərin zərəri 2017-ci ilə nisbətən 20,8 faiz artıb.

İqtisadçı Natiq Cəfərli deyir ki, AZAL ölkənin ən böyük inhisarçı şirkətlərindəndir. Büdcədən ən çox yardım, dotasiya alan şirkətlər sırasında yer alır və bütün bunlara baxmayaraq, ili zərərlə başa vurması qəribədir:

“Hələ bu azmış kimi AZAL başqa şirkətlərin ölkəyə gəlib rəqabət yaratmasına mane olur. Regionda ən baha qiymətə bilet satır, amma yenə rəsmi rəqəmlər deyir ki, ziyanla işləyir. Bunu bacarmaq üçün xüsusi fitri korrupsiya istedadı lazımdır. Bu da AZAL rəhbərliyində var”.

İqtisadçı əlavə edir ki, AZAL ziyanla işləyir, vəziyyəti pisdir, ancaq bu şirkətin rəhbəri ölkədə ən varlı adamlardan biridir:

“Bu, necə olur? Zəhmət olmasa biri izah etsin”.

Natiq Cəfərli
Natiq Cəfərli


2018-ci ilin yekunları

na görə, Azərbaycanın yük daşıyan aviaşirkətləri isə 87,3 mln. manat balans mənfəəti əldə ediblər. Bu da ötən ilin göstəricisinin cəmi 45 faiz təşkil edir. Bu zaman aviaşirkətlər uzun məsafəli uçuşlar həyata keçirməli olublar.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanın karqo şirkətlərinin gəlirləri (1 mlrd. 451,1 mln. manat) 29,7 faiz artıb. Bir il ərzində onlar 208 min ton (20,3 faiz) yük daşıyıb. Yükün bir tonu 4 418,3 km məsafəyə daşınıb, bu da 2017-ci ildən 3,9 faiz daha uzadır.

Aviaşirkət daşımalara 1 451,1 mln. manat xərcləyib, bu da ötən ildən 46,2 faiz çoxdur.

Azərbaycanda yük daşımalarını "Silk Vey Aviaşirkəti", "Silk Vey East", "Silk Vey Vest" və qismən "Azərbaycan hava yolları" QSC həyata keçirir.

Ana səhifəXəbərlər“AZAL ziyanla işləyir, rəhbəri isə ölkədə ən varlı adamlardan biridir”