“Azadlıq” yenidən bağlana bilər

Qəzet “Qasid” firmasının qarşısında aksiya keçirdi

Source:


Qəzet “Qasid” firmasının qarşısında aksiya keçirdi

Avqustun 27-də saat 12-də “Azadlıq” qəzetinin kollektivi “Qasid” mətbuat yayım firmasının qarşısında aksiya keçirib. Qəzetin redaktoru Rahim Hacıyev bildirib ki, “Azərbaycan Nəşriyyatı” onlara ayın 31-ə qədər vaxt qoyub, əks təqdirdə qəzetin çapı yenidən dayana bilər.

Redaktor qəzetin nəşriyyata 15 min manat, “Qasid” mətbuat yayımı firmasının isə onlara 72 min manat borcu olduğunu deyib: “Şirkət qəzetin satışından əldə edilən vəsaiti redaksiyanın hesabına ödəmir. Beləliklə, qəzet də nəşriyyata olan borcunu ödəyə bilmir”.

Ana səhifəXəbərlər“Azadlıq” yenidən bağlana bilər