Azadlıq Radiosunun əməkdaşı Rəsmi Bakının “qara siyahısı”nda

“Azadlıq Radiosu əməkdaşının Dağlıq Qarabağdan çəkdiyi fotolar vasitəsilə qondarma rejimi, işğal və təcavüzün nəticələrini təşviq edib, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həssas hisslərinə toxunub”

Source:


“Azadlıq Radiosu əməkdaşının Dağlıq Qarabağdan çəkdiyi fotolar vasitəsilə qondarma rejimi, işğal və təcavüzün nəticələrini təşviq edib, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həssas hisslərinə toxunub”

Xarici İşlər Nazirliyi (XİN) Azadlıq Radiosu əməkdaşının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, “azadlıqradiosu.az” internet ünvanında fəaliyyət göstərən internet saytında 5 yanvar 2015-ci il tarixində verilmiş material araşdırılıb. Materialın müəllifi,  radionun əməkdaşı Margot Buff adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi barəsində rəsmi Bakı müvafiq qərar verib. Nazirlik jurnalistin bu səfərini qanunsuz sayır və Azərbaycanın Dövlət sərhədi haqqında qanununun pozulması kimi qiymətləndirir. Hikmət Hacıyevin sözlərinə görə, müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra jurnalistin adı “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək.

XİN sözçüsü hesab edir ki, Azadlıq Radiosu əməkdaşının Dağlıq Qarabağdan çəkdiyi fotolar vasitəsilə qondarma rejimi, işğal və təcavüzün nəticələrini təşviq edib, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həssas hisslərinə toxunub.

Ana səhifəXəbərlərAzadlıq Radiosunun əməkdaşı Rəsmi Bakının “qara siyahısı”nda