“Azadlıq” mərtəbəsində…(VİDEO)

Azərbaycan nəşriyyatında 9-cu mərtəbə Azadlıq mərtəbəsidir. Və “Azadlıq”ın mərtəbəsinə bu ləng liftlə qalxırıq. Hər gün “Azadlıq” qəzetinə qalxan işçilər və onlara problemləri ilə gələn şikayətçilər qəzetin 25 yaşını qeyd etməyə hazırlaşırlar.

Qəzetin əməkdaşları deyir ki, redaksiyada işçi-müdir münasibətləri yoxdur. Onlar bir ailə kimi çalışırlar. Əməkdaşların fikrincə, elə buna görə “Azadlıq”dan pulsuzluğa görə gedənlər zaman-zaman geri qayıdırlar.

Bu qəzetin işçiləri demək olar ki, maaşsız işləyirlər. Qəzet dəfələrlə məhkəmə çəkişməsində olub və bank hesabına həbs qoyulub. Hazırda “Azadlıq” qəzeti ona borclu qalan “Qasid” firmasından 70 min manat pulunu ala bilmir.

Ana səhifəVideo“Azadlıq” mərtəbəsində…(VİDEO)