“Azadlıq”-a iyuna kimi vaxt qoyuldu (VİDEO)



“Azərbaycan” nəşriyyatı 18 min manat borcunu ödəmək üçün “Azadlıq” qəzetinə iyunun 1-ə kimi vaxt verib.

“Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev keçirdikləri mətbuat konfransında bu fikirləri bildirirərək qeyd edib ki, “Qasid” yayım firması satılan nüsxələrin pulunu vermədiyinə görə,  nəşriyyata olan borcu qaytarmaq imkanında deyillər. bu səbəbdən də “Azadlıq” qəzetininin əməkdaşları iki aydır maaş ala bilmir:

“2013-cü ildən metroda qəzet satışı qadağan edildi. Məlumat üçün deyim ki, hər ay biz metroya 45 min nüsxə qəzet verirdik.  2014-cü ilin yanvar ayının ortalarında əl yayımına da qadağa qoyuldu. Bununla da qəzet 105 min nüsxənin satışından  məhrum oldu”.

Mətbuat konfransında çıxış edən AXCP sədri Əli Kərimli və Milli Şuranın rəhbəri Cəmil Həsənli qəzetə olan bu təzyiqləri siyasi sifariş adlandırıblar. Cəmil Həsənli hökümət yönlü media qurumlarında çalışanların keçmiş müxalifətçilərdən olduğunu vurğulayıb. O buna misal olaraq apa.az-ı göstərib.

Ana səhifəVideo“Azadlıq”-a iyuna kimi vaxt qoyuldu (VİDEO)