“Azadlıq 2015” seçki bloku qeydiyyatdan keçib

Pənah Hüseyn: “Ölkədə demokratik seçkilər üçün şərait yoxdur, amma bununla belə, blok seçki kampaniyasından ölkədə demokratikləşmə uğrunda mübarizə vasitəsi kimi istifadə etməyi qərara alıb”

Source:


Pənah Hüseyn: “Ölkədə demokratik seçkilər üçün şərait yoxdur, amma bununla belə, blok seçki kampaniyasından ölkədə demokratikləşmə uğrunda mübarizə vasitəsi kimi istifadə etməyi qərara alıb”

Sentyabrın 4-də Azərbaycan MSK parlament seçkilərində iştirak üçün siyasi partiyaların “Azadlıq 2015” seçki blokunu qeydiyyata alıb.

Bloka Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Xalq Partiyası, Azadlıq Partiyası, Aydınlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Bütöv Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası daxil olub.

“Xalq” partiyasının lideri Pənah Hüseynin “Turan İA”a verdiyi məlumata görə, blok 78 dairə üzrə vahid namizədlərini irəli sürüb. Yaxın günlərdə daha bir neçə dairə üzrə namizədlərin razılaşdırılması nəzərdə tutulur.

Hüseyn hesab edir ki, ölkədə demokratik seçkilər üçün şərait yoxdur, amma bununla belə, blok seçki kampaniyasından ölkədə demokratikləşmə uğrunda mübarizə vasitəsi kimi istifadə etməyi qərara alıb.

Ana səhifəXəbərlər“Azadlıq 2015” seçki bloku qeydiyyatdan keçib