Azadlığa çıxan AXCP üzvü: “Haqqımızı tələb etmişik, yenə də eləyəcəyik”

“Ağır işgəncələr verdilər. Səbail rayonu 8-ci Polis Bölməsində məni toka verdilər. Bundan doymayıb Səbail rayon Polis İdarəsinə aparıb şəxsən rəis özü başda olmaqla rəis müavinləri mənə işgəncə verib məcbur edirdilər ki, ayaqyolun yumalısan. Bədənimə ağır xəsarətlər yetirdilər ki, daha sonra o xəsarətlərdən əməliyyat olundum”- bu gün azadlığa çıxan AXCP üzvü Zamin Salayev saxlanıldıqdan sonra başına gələn işgəncələrdən danışıb.
2 il 3 ay azadlıqdan məhrum edilən AXCP üzvü Zamin Salayev bu gün amnistiya ilə azadlığa çıxıb
Z.Salayev Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında həbs edilib
O, polisi rayonda yaşayan qadına təcavüzdə ittiham edirdi
Z. Salayev 2020-ci ilin aprelində Cinayət Məcəlləsinin “böhtan atma”, “təhqir” maddələri ilə həbs edildi
Zamin Salayev yaşadığı Salyan rayonunda fəaliyyətinə davam edəcəyini deyir
AXCP fəalına “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərarı şamil edilərək, cəzasının qalan hissəsindən azad edilib.

Ana səhifəVideoAzadlığa çıxan AXCP üzvü: “Haqqımızı tələb etmişik, yenə də eləyəcəyik”