Azad seçki tələb edən qazax fəal aclıq aksiyasına başlayıb

“Amnesty International” və “Freedom House” aktivistlərin həbslərini pisləyib və onların dərhal azadlığa buraxılmasına çağırıb.

Source: google.az


Tulesova və Toldimbekova icazəsiz mitinq keçirməkdə təqsirli bilinərək eyni gündə hökm oxunub

Ötən həftə ədalətli prezident seçkisinə çağırış edərək plakat açandan sonra 15 günlük həbs edilmiş Qazaxıstan fəalı Asiya Tulesova deyir ki, o, barmaqlıqlar arxasında aclıq aksiyası keçirir, – Azadlıq Radiosu xəbər verir.

Janar Jandosova aprelin 26-da “Facebook”-da qızının 23 apreldən etibarən aclıq aksiyasına başladığını və azad edilənə qədər aclıq aksiyasını davam etdirəcəyini yazıb.

Tulesova və digər fəal Beybəris Tolimbekov aprelin 21-də saxlanılıb və sonra ölkənin ən böyük şəhəri olan Almatıda keçirilən maraton yarışında siyasi plakat açdıqları üçün 15 gün həbs cəzasına məhkum ediliblər.

Aktivistlər etiraz edərək deyiblər ki, "Siz haqdan uzaqlaşa bilməzsiniz" və ədalətli seçkilərə çağıran hashtaglar səsləndiriblər.

Tulesova və Toldimbekova icazəsiz mitinq keçirməkdə təqsirli bilinərək eyni gündə hökm oxunub.

Onların həbsi üç dostu, Suinbike Suleimenova, Aidos Nurbolatov və Aiqul Nurbolatova tərəfindən videoya çəkilib.

Aktivistlərin həbsi 30 il hakimiyyətdə olan prezident Nursultan Nazarbayevin mart ayında istefasında sonraya təsadüf edir.

Nazarbayev hələ də hakim Nur Otan Partiyasına rəhbərlik edir. Aprelin 23-də müvəqqəti prezident Qasım-Jomart Toqayevin erkən prezident seçkilərində namizədliyi irəli sürülüb.

O, sıx nəzarət altında olan Qazaxstanda seçkiləri qazanmaq üçün böyük şanslara sahibdir.

Müxalifət aprelin 26-da seçkiləri boykot edəcəyini deyib. Onlar qeyd ediblər ki, seçkilərdə iştirak dövlətin kuklası halına gəlməkdir.

Müxaliflər, tənqidçilər və hüquq müdafiə qrupları deyirlər ki, avtoritar lider Nazarbayev az dözümlülük nümayiş etdirərək, bir çox vətəndaşın əsas hüquqlarını inkar edib və demokratik prosesi manipulyasiya edərək, 18.7 milyonluq enerji zəngini Qazaxıstanda öz hakimiyyətini indiyədək qoruyub saxlaya bilib.

“Amnesty International” və “Freedom House” aktivistlərin həbslərini pisləyib və onların dərhal azadlığa buraxılmasına çağırıb.

Ana səhifəDünyaAzad seçki tələb edən qazax fəal aclıq aksiyasına başlayıb