Zaur Ələşrəfov ötən ilə qədər 1-ci qrup əlil olub. Daha sonra əlilliyi ləğv edilib. O, xəstəliyinə görə ağır işlərdə çalışa bilmir, yoldaşı da 1-ci qrup əlildir. O, yoldaşının aldığı müavinət və ünvanlı sosial yardımla 3 nəfərlik ailə üzvü ilə ayı başa vura bilmədiklərini deyir. “184 manat 80 qəpik pulla nöbəti müavinətə qədər mən dolanmalıyam. İndi sual çıxır ortaya, bəs edirmi bu? Mən bununla necə dolanım?”.