Aydın Mirzəzadə: Paşinyanı Qarabağda vurun (yenilənib)

Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələyə Xarici İşlər Nazirliyi səviyyəsində münasibət bildirilib.

Foto: News24.az

***


Hakim Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat Aydın Mirzəzadə mayın 31-də qanunverici orqanda “Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən işğal olunmuş ərazilərimizə gələrsə, onu vursunlar” açıqlamasını təkzib edib.


Deputat Milli Məclisdə çıxışının jurnalistlər tərəfindən təhrif olunduğunu iddia edir:


“Milli Məclisin plenar iclasında etdiyim çıxış mətbuat tərəfindən təhrif edilib. Mən Ermənistanın Baş naziri Paşinyanın snayperlə vurulması çağırışı etməmişəm. Mən çıxışımda cəbhə bölgəsində snayperlərin yerləşdirilməsini, atəş məsafələrinin nəzarətə götürülməsini təklif etmişəm. Demişəm ki, cəbhə bölgəsinə hər iki dövlətin rəsmiləri, o cümlədən, Paşinyan da gələ bilər. Belə bir zamanda Azərbaycan snayperlərinin atəş açması fatal nəticələrə gətirib, çıxarda bilər. Eləcə də, Azərbaycan dövlətinin rəsmiləri cəbhə xəttində olarkən, Ermənistan ordusunun snayperlərinin atəşi çox pis nəticələrə səbəb ola bilər. Təəssüf ki, mənim çıxışım jurnalistlər tərəfindən təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb”.


***


"Ermənistan özünə yeni Baş nazir tapar''

“Mən müdafiə naziri, Ali Baş Komandan deyiləm, ona görə ordumuza əmr verə bilmərəm. Amma snayperlərimizə üz tutub xahiş edirəm ki, əgər Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən işğal olunmuş ərazilərimizə gələrsə, onu vursunlar”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə belə deyib. Mayın 30-da Azərbaycan ordusunun zabiti Aqil Omarovun həlak olmasını xatırladan deputat deyib ki, bu, adi hadisə deyil:

“Zabitimizin şəhid olması göstərir ki, Ermənistanın bu məsələdə çox düşünülmüş, təxribatçı bir siyasəti var: Belə bir təsəvvür yaranır ki, ya Paşinyan ikizülülük edir, diplomatik danışıqlar aparır, gizlində isə silahlı qüvvələrə Azərbaycana qarşı belə çirkin addımlar atmağa tapşırıq verir, ya da, o, silahlı qüvvələrə nəzarət etmir. Artıq səbrimiz daşmaqdadır. Qarabağ münaqişəsi həll olunmalı, işğala son qoyulmalıdır. Ona görə də, Qarabağa gəldiyi halda Paşinyan vurulmalıdır. Ermənistan özünə yeni Baş nazir tapar. Ermənistanın müdafiə naziri cəbhə bölgəsinə gələrsə, onu da vursunlar. Qoy, zabitimizin qanı yerdə qalmasın. Bu, Ermənistan üçün dərs olmalıdır. Ermənistan bilsin ki, Azərbaycan xalqının səbri tükənməz deyil. Ermənistan işğala, təxribata son qoymalıdır".

Fərəc Quliyev
Fərəc Quliyev


“Ordu ilə yanaşı mobil qüvvələrdən istifadə edilməlidir”

Deputat Fərəc Quliyev də çıxışında bildirib ki, Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün Azərbaycan ordusu ilə yanaşı əlavə mobil qüvvələrdən də istifadə edilməlidir:

“Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində müəssisələr, obyektlər tikirlər. Bunun qarşısının alınması yolları var. Büdcədən əlavə vəsait ayrılaraq yaradılacaq həmin mobil qüvvələrə məcburi köçkünlərin cəlb edilməsi məsdəuyğundur. Çünki onlar həmin əraziləri daha yaxşı tanıyırlar. Əlbəttə ki, biz ordumuza inanırıq, amma başqa ölkələrin təcrübəsində olan bu qüvvələrdən də istifadə edilməlidir. Biz ermənilərin bu təxribatana hansısa formada son qoymalıyıq”.


“Zabitin şəhid olmasına parlamet səviyyəsində etiraz edilməlidir”

Deputat Çingiz Qənizadə deyib ki, atəşkəs olmasına baxmayaraq, tabor komandirinin şəhid olmasına parlamet səviyyəsində etiraz edilməlidir. O vurğulayıb ki, hadisə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakıda olduğu dövrə təsadüf edib:

041536558482.jpg
Çingiz Qənizadə

“Bir mayorun, bir komandirin xidməti üçün Azərbaycan dövləti nə qədər əziyyət və xərc çəkib. Bizim atəşkəs elan etdiyimiz dövrdə yenə də komandirlərimiz ermənilər tərəfindən qətlə yetirilir. Baxmayaraq ki, hər iki tərəfin razılaşmasına əsasən, snyaperlərdən atəş açmaq qadağan olunub, düşmən tərəfi yenə də öz mənfur işini görür. Bir mayorun şəhid olması Azərbaycan büdcəsi qədər önəmli hadisədir. Çox istərdim ki, Milli Məclis ATƏT-in Minsk qrupu həmsdərlərinə bir daha çağırış etsin. Bu hadisəni törədənlər, onun günahkarları cəzalanmalıdır”.

Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələyə Xarici İşlər Nazirliyi səviyyəsində münasibət bildirilib.

Ana səhifəXəbərlərAydın Mirzəzadə: Paşinyanı Qarabağda vurun (yenilənib)