AYB-nin XII qurultayında: “Kitab oxumayan axmaq məmur xalqa zərər vurur” (VİDEO)

İyunun 17-də Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı öz işinə başlayıb.

Qurultayın 439 üzvündən 361-i tədbirə qatılıb. Dövlət rəsmilərindən Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, dövlət müşaviri Kamal Abdulla qurultayda iştirak edirlər.

Qurultayda sədrliyə yeganə namizəd 27 ildir birliyə sədrlik edən Anar Rzayevdir.

Çıxış edənlər birmənalı olaraq Anarın sədr seçilməsinin tərəfdarı olduqlarını qeyd ediblər.

Hətta Qurultay nümayəndəsi yox, qonaq olan qazax yazıçısı Oljas Süleymanov “Mən səsimi Anara verdim” deyərək iştirakçıları indiki AYB sədrinə səs verməyə çağırıb.

Qurultayda diqqət çəkən məqamlardan biri Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin məmurları hədəfə alması oldu.

Anar bu il də sədr seçildi.

Ana səhifəVideoAYB-nin XII qurultayında: “Kitab oxumayan axmaq məmur xalqa zərər vurur” (VİDEO)