AXCP üzvünün apellyasiya şikayəti təmin edilmədi

Ruslan Qarayevin işi Avropa Məhkəməsinə gedir

Source:
Ruslan Qarayev
Ruslan Qarayev


Ruslan Qarayevin işi Avropa Məhkəməsinə gedir

İyulun 21-də polisə müqavimət ittihamı ilə 20 sutka azadlıqdan məhrum edilən Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin Sumqayıt şəhər şöbəsinin sədri Ruslan Qarayevin apellyasiya şikayətinə baxılıb.

Bu barədə vəkil Əsabəli Mustafayev Facebook səhifəsində məlumat yayıb.

Vəkil bildirib ki, avqustun 6-da gənc fəal Ruslan Qarayevin apellyasiya şikayətinə baxılıb: “Gözlənilən baş verdi, yəni nə şikayət özü, nə də çoxlu sayda vəsatət təmin olundu. Prosessual normaların pozuntuları, ən əsası müdafiə hüququnun pozuntuları, vəkil ilə görüşlərə imkan verilməməsi faktları araşdırılmadı və hüquqi qiymətini almadı. Yolumuz Avropa Məhkəməsinədir. Burada bir məsələni qeyd etmək istəyirəm. Mən və Avropa Məhkəməsi sahəsində çalışan həmkarlarım apardıqları işlər barəsində tez-tez mətbuata məlumatlar ötürürlər. Bəzi adamlar, o cümlədən hüquqşünaslar hesab edirlər ki, bununla biz özümüzü reklam edirik. Ancaq bu, belə deyildir. Məsələn, Ruslan Qarayevin işi ilə bağlı mən dəfələrlə mətbuatda açıqlama verdim ki, onunla görüşməyimə maneələr yaradılır. Bu, yalnız mənim sözlərimdir, onları təsdiq edən sənəd və ya digər dəlil yoxdur. Lakin bu məlumat mətbuatda yayılır və onu müvafiq dövlət orqanları təkzib etmirlərsə, bu, artıq mənim üçün Avropa Məhkəməsinə təqdim edəcəyim dəlil olur. Göründiyi kimi, mətbuat bizim müdafiə fəaliyyətimizə böyük dəstək verir. İndi bəziləri fikirləşərlər ki, bunları yazmaqla həmin dövlət orqanlarını duyuq salacağam. Mən belə vasitələrdən illərdir istifadə edirəm, ancaq həmin orqanların davranışında heç bir dəyişiklik yoxdur və yəqin ki, olmayacaq da. Səbəbini özünüz bilirsiniz”.

Ana səhifəXəbərlərAXCP üzvünün apellyasiya şikayəti təmin edilmədi