AXCP üzvü təhdid olunduğunu bildirir

Elçin Həsənov bu haqda mətbuata müraciətinin şəxsi qorxsu ilə yox, hədələyənlərə belə hədələrlə yolundan dönməyəcəyi mesajını çatdırmaq olduğunu bildirib

Source:


Elçin Həsənov bu haqda mətbuata müraciətinin şəxsi qorxsu ilə yox, hədələyənlərə belə hədələrlə yolundan dönməyəcəyi mesajını çatdırmaq olduğunu bildirib

Xalq Cəbhəsi Partiyası (AXCP) Sumqayıt şəhər təşkilatı sədrinin siyasi əlaqələr üzrə müavini Elçin Həsənov Facebook sosial şəbəkəsində bir saxta profildən ölüm hədələri aldığını bildirir.

Onun sözlərinə görə, “Nigar Nigar Hesenova” adlı saxta profil vasitəsilə polisin adından özü və ailəsinin öldürüləcəyi barədə təhdidlər gəlir. Bu profilin saxta olduğuna əminliyini bildirən E.Həsənov artıq bir neçə saatdır təhdidə məruz qaldığını yazıb.

O bu haqda mətbuata müraciətinin şəxsi qorxsu ilə yox, hədələyənlərə belə hədələrlə yolundan dönməyəcəyi mesajını çatdırmaq olduğunu bildirib.

Onun fikrincə, bu hədələr son zamanlar AXCP Sumqayıt təşkilatında bas veren canlanma ilə bağlı bəzi qurumların xofa düşməsilə əlaqədardır.

E.Həsənov bu canlanmada xidməti olduğu üçün  adının həbsə alınacaq şəxslərin “qara siyahisı”na salındığını iddia edir.

Son olaraq E.Həsənov axır vaxtlar bu profildən bir çox insanlara belə təhqiredici yazıların gəldiyi üçün sosial şəbəkədəki dost qruplardan bu profili blok etmələrini  xahiş edir.

Ana səhifəXəbərlərAXCP üzvü təhdid olunduğunu bildirir