AXCP sədri Əli Kərimli 2500 manat cərimə edildi

3 nəfər 20 sutka inzibati cəza aldı


Noyabrın 19-da Səbail Rayon Məhkəməsində Dirçəliş Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən həbs olunmuş Milli Şura üzvlərinin, ictimai fəalların məhkəmə prosesi keçirilib.

Məhkəmə AXCP sədri Əli Kərimlini 2500 manat, “Kanal 13” internet televiziyasının əməkdaşı Nurlan Libreni, bloger Fatimə Mövlamlını, AXCP üzvü Ramiz Cəfərovu 500 manat, Əlixan Rəcəbovu 500 manat, AXCP fəalları Sərdar Qubadsoy, Tahir Həsənli və Ramid Nağıyevi 400 manat cərimələyib. Ağababa Cəfərli, Ruslan Əmirov, Cavid İbrahimov isə 20 sutka inzibati cəza alıb.

Demokratik Qüvvələrin Milli Şurası 17 noyabrda Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis müdaxiləsi ilə üzləşib. Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli aksiyanın digər iştirakçıları ilə birlikdə saxlanılıblar. Sonradan C.Həsənli sərbəst buraxılıb.

Bakı Baş Polis İdarəsinin məlumatına görə, ümumilikdə 52 nəfər saxlanılıb. Sonradan 41 nəfər sərbəst buraxılıb. Saxlanılan 11 nəfər arasında AXCP sədri Əli Kərimli də var.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7yduuf

Ən çox baxılan