3 nəfər 20 sutka inzibati cəza aldı
Noyabrın 19-da Səbail Rayon Məhkəməsində Dirçəliş Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən həbs olunmuş Milli Şura üzvlərinin, ictimai fəalların məhkəmə prosesi keçirilib.
Məhkəmə AXCP sədri Əli Kərimlini 2500 manat, “Kanal 13” internet televiziyasının əməkdaşı Nurlan Libreni, bloger Fatimə Mövlamlını, AXCP üzvü Ramiz Cəfərovu 500 manat, Əlixan Rəcəbovu 500 manat, AXCP fəalları Sərdar Qubadsoy, Tahir Həsənli və Ramid Nağıyevi 400 manat cərimələyib. Ağababa Cəfərli, Ruslan Əmirov, Cavid İbrahimov isə 20 sutka inzibati cəza alıb.
Demokratik Qüvvələrin Milli Şurası
17 noyabr
da Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis müdaxiləsi ilə üzləşib. Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli aksiyanın digər iştirakçıları ilə birlikdə saxlanılıblar. Sonradan C.Həsənli sərbəst buraxılıb.
Bakı Baş Polis İdarəsinin məlumatına görə, ümumilikdə 52 nəfər saxlanılıb. Sonradan 41 nəfər sərbəst buraxılıb. Saxlanılan 11 nəfər arasında AXCP sədri Əli Kərimli də var.