AXCP qərargahı boşaldır

Həsən Kərimov: “Göstəriş birbaşa İlham Əliyevdən olub”

Source:

Həsən Kərimov: “Göstəriş birbaşa İlham Əliyevdən olub”.

Fevralın 4-də AXCP-nin qərargahı boşaldılır. Səbəb bir gün əvvəl qərargahın zirzəmisindəki partlayışdır. Bu barədə Meydan TV-yə açıqlama verən AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyib ki, hazırda icra hakimiyyətinin, DİN-nin və FHN-nin rəsmiləri qərargahdadırlar. FHN-nin qərarına əsasən bina qəzalı vəziyyətdədir:

“ Ona görə də biz ofisi boşaldırıq. Baş verənlər İlham Əliyevin göstərişi ilə həyata keçirlir, bu bizim fəaliyyətimiz üçün ciddi  maneə yaratmayacaq, AXCP  7 il qərargahsız fəaliyyət göstərib və hər zaman siyasi proseslərin əsas gücü olub”.

Ana səhifəXəbərlərAXCP qərargahı boşaldır