Polislər cəbhəçilərin müqavimətini zorakılıqla qıraraq, içəri daxil olublar. Artıq binanın söküntüsünə başlanılıb.
AXCP-nin yerləşdiyi qərargahın sahibi gəlməmiş, yaxud sahibkara xəbər verməmiş sökürlər. Bu barədə partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Facebook səhifəsində yazıb. Xidmət rəhbərinin məlumatına görə, sökülmə prosesinə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini, Fövqəladə Hallar Nazirliyinin və DİN əməkdaşları rəhbərlik edir. Cəbhəçilər müqavimət göstərsə də, polislər onlara imkan verməyib.