AXCP-nin Ədliyyə Nazirliyinə qarşı iddiasına baxış təxirə salındı

Vəkil qarşı tərəfin məhkəməyə sayğısız yanaşdığını hesab edir

Source:


V


əkil qarşı tərəfin məhkəməyə sayğısız yanaşdığını hesab edir

Yanvırın 14-də 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsində hakim Elşin Məmmədovun sədrliyi ilə AXCP-nin Ədliyyə Nazirliyinə qarşı məhkəmə prosesi başlanılıb.

Bu barədə azadliq.info məlumat yayıb.

Bildirilir ki, Xalq Cəbhəsi Partiyasının növbəti qurultayından sonra məlumatların dövlət reystirinə salınmasından imtina etməsi ilə bağlı hazırlıq iclası keçirilib.

Məhkəmədə AXCP-nin nümayəndəsi kimi vəkil Fəxrəddin Mehdiyev iştirak edib.

Cavabdeh qismində Ədliyyə Naziriyinin nümayəndəsi iştirak etmədiyindən proses təxirə salınıb. Vəkil bunu həmin orqanın məhkəməyə sayğısızlığı kimi dəyərləndirərək, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsini hakimin diqqətinə çatdırıb.

Hakim hazırlıq iclasının fevral ayının 4-ü saat 15:40-da davam etdirilməsinə qərar verib.

Ana səhifəXəbərlərAXCP-nin Ədliyyə Nazirliyinə qarşı iddiasına baxış təxirə salındı