“H
ökumət onun MSK üzvü olarkən saxta seçki protokollarını imzalamadığını unutmayıb”
AXCP həbs olunan vəkil Mənsum Bayramov haqqında bəyanat yayıb. Bəyanatda bir müddət MSK-nın və partiyanın Rəyasət Heyətinin üzvü olan Mənsum Bayramovun xeyli əvvəl partiya rəhbəriliyindən və ümumiyyətlə siyasətdən səssiz-küysüz çəkildiyi bildirilir.
“Partiya rəhbərliyi Mənsum Bayramovla bağlı nə baş verdiyini hələ tam aydınlaşdıra bilməyib. Vəkilə qarşı irəli sürülən ittihamların mahiyyəti və həmin ittihamlara onun özünün münasibəti hələ ki AXCP rəhbərliyinə məlum deyil. Buna görə də partiya baş vermiş hadisəyə siyasi qiymət vermir”.
Ancaq AXCP onu da istisna etmir ki, Mənsum Bayramov siyasətdən çəkilsə də, hökumət onun MSK üzvü olarkən saxta seçki protokollarını imzalamadığını unutmayıb.
Bəyanatın sonunda partiyanın hadisəni diqqətdə saxlayacağı qeyd olunur.
“Turan İA” vəkilin dələduzluqda ittiham olunduğunu və barəsində bir aylıq həbs-qətimkan tədbiri seçildiyi məlumatını yayıb.