AXCP fəalına 25 sutka həbs cəzası verildi (yenilənib)

Saqif Qurbanovun hansı səbəbdən saxlanıldığı bəlli deyil

Source:


22.25. Axşam saatlarında Meydan TV-yə məlumat daxil oldu ki, Saqif Qurbanov Səbayel Rayon Məhkəməsinə aparılıb. AXCP fəalı 310-cu (polisə müqavimət) maddəsilə ittiham olunaraq 25 sutka inzibati həbs cəzasına məhkum edilib.

Aprelin 6-da AXCP Səbail Rayon Şöbəsinin sədri Saqif Qurbanovun Səbail rayonu ərazisində yerləşən ofisinə polislər hücum ediblər. Bu barədə azadlıq.info saytı məlumat yayıb. Məlumatda bildirilir ki, ona qarşı fiziki zor tətbiq edilib və naməlum istiqamətə aparılıb. Cəbhəçinin yaxınlarından alınan son məlumata görə, Saqif Qurbanov hazırda Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində saxlanılır. Daxili İşlər Nazirliyindən “Azadlıq”a Saqif Qurbanovun saxlanılması ilə bağlı araşdırma aparacaqlarını bildirsələr də, lakin onu konkret hansı səbəbdən saxlanıldığına aydınlıq gətirməyiblər.

Ana səhifəXəbərlərAXCP fəalına 25 sutka həbs cəzası verildi (yenilənib)