Füzuli Hüseynovun həbsinə əsl səbəb kimi sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsini göstərirdilər
Xalq Cəbhəsi Partiyasının fəalı Füzuli Hüseynov Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
Füzuli Hüseynov yanvarın 27-də Abşeron Rayon Məhkəməsinin qərarı ilə polisə müqavimət ittihamı ilə həbs edilib. Hüseynov barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.
F.Hüseynov həbs barədə qərarı əsassız sayaraq, aclıq aksiyası keçirirdi. AXCP-dən yanına gedən partiyadaşları ilə görüşə icazə vermirdilər. Həm də onlar F.Hüseynovun həbsinə əsl səbəb kimi sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsini göstərirdilər.
Turan İA