Elvin Abdullayevə qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb
Bakının Xətai rayon Məhkəməsi AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsi məlumat yayıb.
Xəbərdə deyilir ki, artıq 2 gündür AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayev Nərimanov rayon təcridxanasında saxlanılır. Əvvəlcə onun saxlanması haqda heç bir məlumat verilmirdi.
Vəkil Bəhruz Bayramov “Turan İA”a bildirib ki, Elvin Abdullayevə qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi (narkotik maddələrin qanunsuz dövriyyəsi) üzrə ittiham irəli sürülüb. Bu maddə əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.