Avtoritar cəmiyyətlərin fərqli zamanları və oxşar taleyi (Təhlil)

Hazırda Rusiya ilə siyasi müttəfiq olmaq böyük düşmənlərin qazanılmasına yol açar.

Source:

Bütün diktatorların zamanı, yeri və məkanı fərqli olsa da, taleləri və baxışları eyni olur. Hər kəs məzəmmət etmək, daim tərif, xoş sozlər eşitmək, misli görünməmiş varlanmaq,  varla fərqlənmək, tənqidi sevməmək, əzdiyi və haqqını yediyi millətinin dilindən “səndən başqası yoxdur” eşitmək diktatorun gündəlik həyat  tərzidir.

Tarixi nəzərdən keçirdikdə görürük ki, bu taleyin acı sonluğu kimsəyə ibrət olmur. Bütün diktatorlar hakimiyyətdə olduqları sürəcə yıxılan diktatorları zəif və gücsuz bilir. Onlar diktatorların nümunələrini təhlil edib xalqa qarşı addım atmaq əvəzinə, əksinə rejimi sərtləşdirirlər.  Yaxın keçmişə nəzər saldıqda  bəzən maraqlı və təzadlı süallar çıxır:  Niyə Qərb və Rusiyanın maraqlarını təmin edən, balanslaşdırılmış siyasətilə əbədi  taxta sahib olub, bunu nəsildən-nəsilə ötürəcəyinə əmin olan, milyardlarla kapitala sahib Hüsni Mubarək, Qəddafı  və digərləri indiki diktatorların hansından zəifdir? Halbuki, pulu və mövqeləri, xalqı arasında nüfuzları  indikilərlə müqayisədə daha çox idi. Rejimlərə daim dəstək verən və bunun əbədi olacağına inanan diktatorlar bütün mənalarda məyus olurlar. Hakimiyyət və illərlə əldə edilmiş Avropa banklarında toplanan pullar bir anda yox olur.

20-30 il rejimi dəyişmədən saxlamağa yardım edən  Qərb  əslində bu “ağıl sahiblərini” “təhlükəsizlik” adı altında aldatmaqla, bütün kapitalı Avropaya köçürməklə ikiqat təbii sərvətləri mənimsəyir.

Son 60 ildə Sovet İmperiyasi, sonrada onun xələfi olan Rusiyanin itirdiklərinə baxaq.  Şərqi Avropa və Baltikyanı ölkələri, Gürcüstan, Moldova, ərəb ölkələri, indi də Ukrayna… Qərb və Rusiya arasında gedən siyasi müharibədə tərəflərarası balanslaşdırma uzunmüddətli olmur. Heç kimə sirr deyil ki, 1945-ci ilin SSRİ-si ilə güclə onun xələfi olan Rusiyanın təsir imkanlarını müqayisə etmək mümkünsüzdür.  Qərb siyasi texnoloqlarının dili ilə desək, hazırda Rusiya ilə siyasi müttəfiq olmaq böyük  düşmənlərin qazanılmasına yol açar. Bu gün gərgin geosiyasi vəziyyətdə Azərbaycanın  gözlədiyi nəticələr uzaqda deyil. İŞİD-in yaranması və Rusiya-Ukranya münaqişələri Azərbaycanda baş verən siyasi həbsləri və repressiyaları müvəqqəti olaraq arxa plana çəkib. Hakimiyyət ilk olaraq bu repressiyaların Qərblə razılaşdırılmış bir layihə olduğuna inandırmağa çalışsa da, digər tərəfdən qərbyönlü ictimai-siyasi fəalları həbs etməklə bu “təbliğatı” ifşa etdi.  Hakimiyyət cəmiyyəti inandırmağa çalışır ki, o, güclü və təhlükəsizdir. Lakin Quba və İsmayıllı hadisələri, nazirliklərin rəsmi şəxslərinin sonda İranın və digər ölkələrin agenti çıxması, Qərbin sistemli mesajları hakimiyyətin monolit və sadiq qüvvələrdən ibarət olmasını şübhə altına qoyur. Artıq Rusiyanın iqtisadiyyatı çökməkdədir. ABŞ dolları 50 faiz artıb, Rusiya qoşunları geri çəkilir.

Sual yaranır: Dünyanın fövqəldövləti olan Rusiya Qərbin 3 aylıq sanksiyalarına dözə bilmirsə, etnik və dini qrupların güclü olduğu, geosiyasi məkanda yerləşən, rüşvətlə hər şeyi həll etməyin mümkün olduğu ölkədə hakimiyyətin Qərbə sinə gərməsi nə qədər çəkər? Bu gün müxalifətin mitinqlərinin kütləvi olmaması kənardan ciddi təpkiyə məruz qalmayan hakimiyyətin geniş inzibati resursları ilə bağlıdır.  Qərbin təzyiqləri və sanksiyaları sürətləndikcə, rejim boşalacaq, insanların düşüncəsində dəyişmək marağı artacaq. Bu gün Qərbin, xüsusən Avropanın Azərbaycandan enerji asılılığını təbliğ edən hakimiyyət bildi ki, hər zaman alternativ variant var. Rusiyaya qarşı sanksiyalar Avropaya enerji təlabatında heç bir problem yaşatmadı. Böyük təbii ehtiyatlara malik olan  Rusiyanın, iqtisadiyyatı sürətlə inkişaf edən Çinin Qərbin siyasətindən asılı davranması Azərbaycan üçün ən yaxşı nümunədir.  Azərbaycanla bağlı nələr baş verir? Öncə Qərbin ictimai rəy formalaşdıran institutları və bu sahədə çalışan ekspertləri fikirlərini bildirir, sonra bu rəsmi mövqeyə çevrilir. Bu gün hakmiyyətdə olan, gələcəkdə hakimyyətini və yığdığı kapitalını itirəcək məmurların hələ az da olsa nəyisə saxlamaq imkanları var.  Sonraki peşmançılıq və təəssüf  hissi ancaq faydasız olacaq… Çünki hər rejimin öz zamanı və müddəti var.

Ana səhifəXəbərlərAvtoritar cəmiyyətlərin fərqli zamanları və oxşar taleyi (Təhlil)