Avtoqəzada piyadanın ölümünə səbəb olan iş adamı sərbəst buraxılıb

Onun “OKEAN-CO” və“M.M.G-DƏNİZÇİ” MMC-nin təsisçisi, “Gilan Holdinq”in əməkdaşı olduğu bildirilir

Source: Youtube screenshot


Onun “OKEAN-CO” və“M.M.G-DƏNİZÇİ” MMC-nin təsisçisi, "Gilan Holdinq"in əməkdaşı olduğu bildirilir

İyulun 29-da Bakıda piyadanı vuraraq ölümünə səbəb olan “Mercedes Maybach” markalı 99 AA 323 nömrəli avtomobilin sahibinin kimliyi məlum olub.

Hadisəni törədən şəxsin Xəzər rayon sakini, 1967-ci il doğumlu Gülməmməd Məmməd oğlu Muradov olduğu müəyyən edilib.

Gülməmməd Muradov ifadəsində günahsız olduğunu söyləyib.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, Gülməmməd Muradov “OKEAN-CO” və“M.M.G-DƏNİZÇİ” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisidir.

O, iyulun 28-i səhər saat 09:45 radələrində Səbail rayonu, Salyan yolu 5 ünvanında 99 AA 323 nömrəli “Mercedes Maybach” markalı avtomobillə piyada vurub.

1941-ci il təvəllüdlü Vardar Muxtar oğlu İsmayılov hadisə yerində vəfat edib.

“Qafqazinfo.az” saytı yazır ki, Gülməmməd Muradov həm də kürü və balıq məhsulları istehsal edən “Caspian Fish” şirkətinin vəzifəli şəxsidir. G.“Caspian Fish” şirkəti isə “Gilan Holdinq”ə daxildir və sonuncu məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın adamı Əhədpur Mənuçehr şirkətin prezidentidir.

Piyadanın ölümü ilə bağlı istintaq başlanıb.

İstintaq qəzanı törədən Gülməmməd Muradovu sərbəst buraxıb.

Xəbərdə deyiir ki, Gülməmməd Muradovun adı daha öncə dələduzluq işində zərərçəkmiş kimi hallanıb.

O iddia etmişdi ki, Daxili İşlər Naziriyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanova 150 min manat versə də, sonradan aldadıldığını görüb. Bununla bağlı F.Məmmədxanovun məhkəməsində iştirak edərək ifadə də verib.

DİN-in mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev Meydan TV-yə deyib ki, avtomobil qəzası ilə bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi açılıb, hazırda ekspertiza keçirilir. Avtomobil cərimə meydançasındadır.

Ana səhifəSosialAvtoqəzada piyadanın ölümünə səbəb olan iş adamı sərbəst buraxılıb