Avtomobil qəzaları azalıb

İnzibati xətalar isə 12.1 faiz artıb

Source:
Qəza
Qəza


İnzibati xətalar isə 12.1 faiz artıb

2017-ci ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 848 qəza olub.

Bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 6.3 faiz azdır.

Məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb. Bildirir ki, bu hadisələr nəticəsində 1147 nəfər zərər çəkib. Bu da 10 faiz azalma deməkdir. Onlardan 315-i həlak olub, 832-si isə yaralanıb.

2017-ci ilin yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı isə əvvəlki ilin analoji dövrü ilə müqayisədə 12.1 faiz artıb. 1 milyon 555.4 min inzibati xəta aşkarlanıb. Xətaların 51.1 faizi sürət həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5 faiz çox), 11.1 faizi dayanma, durma qaydalarının pozulması (3 faiz çox), 10.4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (30.3 faiz çox) olub. Qaydaların pozulmasına görə 30.3 milyon manat cərimə tətbiq edilib

Rəsmi məlumatda cərimənin miqdarında artım və ya azalma qeyd edilməyib.

Ötən il Azərbaycanda yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin miqdarı artırılıb. O vaxt bəzi ekspertlər bunu neftin qiymətinin aşağı düşməsi ilə bağlı, hökumətin büdcəni doldurmaqdan ötrü atdığı addımlardan biri kimi dəyərləndirirdilər.

Ana səhifəXəbərlərAvtomobil qəzaları azalıb