Avtobuslarda kartlardan istifadə edən yoxdur (VİDEO)

2014-cü ilin əvvəlindən etibarən 1000-dən artıq içtimai nəqliyyat vasitələrində kart sisteminə keçilib. Lakin sərnişinlər hələ də bu sistemdən istifadə etmirlər. Bəziləri bunu lazımsız hesab etsə də, bəziləri, ümumiyyətlə, bu kartların harada satıldığından belə xəbərsizdirlər.

Sürücülər isə bu sistemə keçidin onların işinə heç bir maneə torətmədiyini deyilər. Əgər maaşları vaxtlı-vaxtında veriləcəksə, niyə də kartla olmasın?

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov hesab edir ki, bu ilin sonun da insanlar kart sistemi ilə daha yaxından tanış olacaq və bir neçə mərhələdən sonra kart sistemindən istifadə kütləviləşəcək.

Namiq Həsənov onu da qeyd etdi ki, kartlar metroların qarşısında və parklarda yerləşdirilmiş yeni müasir köşklərdə satılacaq. O ki qaldı marşrut sürücülərinin maaş məsələsinə, mətbuat xidmətinin rəhbəri bildirir ki, sahibkar dövriyyədən yığdığı puldan işçisinə maaş verəcək.

İnkişaf etmiş ölkələrdə, elə qonşu Türkiyədə, Gürcüstanda bütün nəqliyyat vasitələrində eyni kartdan istifadə olunur. Nəqliyyat Nazirliyinin sözçüsü isə deyir ki, bu üsul Azərbaycanda keçərli deyil. Kartlardan yalnız avtobuslarda istifadə etmək mümkün olacaq.

Ana səhifəVideoAvtobuslarda kartlardan istifadə edən yoxdur (VİDEO)