Avstriyalı idmançının ailəsi Azərbaycandan kompensasiya tələb edir

16 yaşlı Vanessa Sahinoviç bir ildə Avstriyanın kurort bölgələrində reablitasiya kursu keçsə də, hərəkət etmək qabiliyyəti bərpa olunmayıb

Source:
Vanessa Şahinoviç
Vanessa Şahinoviç
Vanessa Şahinoviç
Vanessa Şahinoviç


16 yaşlı Vanessa Sahinoviç bir ildə Avstriyanın kurort bölgələrində reablitasiya kursu keçsə də, hərəkət etmək qabiliyyəti bərpa olunmayıb

Bakıda keçirilən Avropa Oyunları zamanı “Atletlər kəndi”ndə avtobusun vurması nəticəsində əlil olan avstriyalı idmançı Vanessa Şahinoviçin ailəsi vəd olunan kompensasiyanı indiyədək Azərbaycan hökumətindən ala bilməyib.

Bu barədə “Turan” İA  “Der Standard” qəzetinə istinadən məlumat yayıb.

Həmçinin ailə reabilitasiya xərclərinin ödənilməsini tələb edir. Ailənin vəkili qəzanı törədən sürücünün çalışdığı şirkətə qarşı iddia qaldırıb.

16 yaşlı Vanessa Sahinoviç bir ildə Avstriyanın kurort bölgələrində reablitasiya kursu keçsə də, hərəkət etmək qabiliyyəti bərpa olunmayıb. Onun aşağı ətrafları iflic olub və hərəkət qabiliyyətini itirib.

V.Şahinoviç və Avstriyanın sinxron üzgüçülük komandasını təmsil edən digər iki idmançı “Atletlər kəndi” ərazisində avtobusun vurması nəticəsində xəsarət alıblar.

Qəzadan sonra Azərbaycan hökuməti avstriyalı idmançının müalicəsi üçün tədbirlər görüb. Hakimiyyət idmançının Vyanaya çatdırılması üçün xüsusi təyyarə ayırıb və onun müalicə xərcləri təmin olunub. V.Şahinoviç Bosniya mühacir ailəsindəndir.

Ana səhifəXəbərlərAvstriyalı idmançının ailəsi Azərbaycandan kompensasiya tələb edir