Diplomatlar 1 həftəyə ölkəni tərk etməlidir
Avstraliya da rusiyalı diplomatları ölkəsindən çıxarır.
“ABC News” yazır ki, Avstraliyanın baş naziri Malkolm Törnbul (Malcolm Turnbull) Britaniya və digər ölkələrlə həmrəylik nümayişi olaraq iki rusiyalı diplomatın ölkədən çıxarılacağını bildirib. Bəyanatda bu diplomatların Rusiya kəşfiyyatının əməkdaşları olduğu qeyd olunur. Ölkəni tərk etməyə onlara bir həftə vaxt verilib. (
Tərcümə: Azadlıq Radiosu
)
Martın 26-dan ABŞ və bir sıra Avropa ölkələri Rusiya diplomatlarını geri göndərir. Bu addım rusiyalı kəşfiyyatçı Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə əlaqləndirilir. İlk addım kimi Rusiyanın BMT-də çalışan 60 diplomatının geri göndərilməsi nəzərdə
tutulub
.
Rəsmi Vaşinqtonun ehtimalına görə, çıxarılan diplomatlar kəşfiyyatla bağlıdırlar. Onlara ölkəni tərk etmək üçün bir həftə vaxt verilib. Ağ Ev Rusiyanın Sietledəki konsulluğunu bağlamaq qərarını qəbul edib.
Oxşar addımı Almaniya, Fransa, İsveç, Çexiya, İtaliya, Danimarka, Kanada, Rumıniya, Horvatiya, Finlandiya, Niderland, Polşa, Estoniya, Latviya, Litva və Ukraynanın da atacağı gözlənilir.
Ukrayna prezidenti Petr Poroşenko 13 rusiyalı diplomatın çıxarılacağını və Moskva ilə münasibətlərin dondurulacağını bildirib.
Martın 4-də Böyük Britaniyada yaşayan rusiyalı kəşfiyyatçı Sergey Skripal və qızı Yulia Skripal Salisberi şəhərində
zəhərləniblər
. Hazırda onların vəziyyətləri ağır olaraq qalır.
Bundan sonra Böyük Britaniya 23 rus diplomatını ölkədən
çıxartdı
. Analoji addımı Rusiya da atıb.