Ukrayna prezidenti Petr Poroşenko 13 rusiyalı diplomatın çıxarılacağını və Moskva ilə münasibətlərin dondurulacağını bildirib
ABŞ və bir sıra Avropa ölkələri Rusiya diplomatlarını geri göndərir. Bu addım rusiyalı kəşfiyyatçı Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə əlaqləndirilir. İlk addım kimi Rusiyanın BMT-də çalışan 60 diplomatının geri göndərilməsi nəzərdə tutulub.
Rəsmi Vaşinqtonun ehtimalına görə, çıxarılan diplomatlar kəşfiyyatla bağlıdırlar. Onlara ölkəni tərk etmək üçün bir həftə vaxt verilib. Ağ Ev Rusiyanın Sietledəki konsulluğunu bağlamaq qərarını qəbul edib.
Bu
məlumatı
“Exo Moskvı” radiosu yayıb.
Oxşar addımı Almaniya, Fransa, İsveç, Çexiya, İtaliya, Danimarka, Kanada, Rumıniya, Horvatiya, Finlandiya, Niderland, Polşa, Estoniya, Latviya, Litva və Ukraynanın da atacağı gözlənilir.
Ukrayna prezidenti Petr Poroşenko 13 rusiyalı diplomatın çıxarılacağını və Moskva ilə münasibətlərin dondurulacağını bildirib.
Rəsmi Berlin bu qərarını Rusiyanın Sergey Skripalın zəhərlənməsi insdentinə əsaslı aydınlıq gətirməməsi ilə izah edib.
Kreml isə əvvəlcədən eyni addımlar atacağını bildirmişdi.
Martın 4-də Böyük Britaniyada yaşayan rusiyalı kəşfiyyatçı Sergey Skripal və qızı Yulia Skripal Salisberi şəhərində
zəhərləniblər
. Hazırda onların vəziyyətləri ağır olaraq qalır.
Bundan sonra Böyük Britaniya 23 rus diplomatını ölkədən
çıxartdı
. Analoji addımı Rusiya da atıb.