Avropalı liberallar Əfqan Muxtarlının azadlığını tələb edir

İttifaq bəyanat yaydı

Source:


İttifaq bəyanat yaydı

İyunun 3-də Avropa liberalları Sloveniyanın Lyublyane şəhərində Liberal-Demokrat İttifaqının toplantısında azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidən oğurlanıb Bakıya gətirilərək həbs olunmasını müzakirə ediblər.

Bu barədə ittifaqın yaydığı bəyanatda bildirilib. Sənəddə deyilir ki, onlar ağır şərtlər və avtoritar sistemdə Avropada liberal dəyərlərə sadiq qaldığı üçün Müsavat Partiyasını və lideri Arif Hacılını dəstəkləyirlər: “Gürcüstan liberalları olan Azad Demokratlar və Respublikaçılar partiyaları hakimiyyətdən jurnalistin oğurlanmasını araşdırmağı tələb ediblər”.

ALDİ-nin sədri Hans van Baalen bildirib ki, Avropa liberalları Gürcüstandakı müttəfiqlərini dəstəkləyir, məsələnin hərtərəfli araşdırmasını tələb edirlər. O cümlədən, Azərbaycandakı müttəfiqlərini dəstək olaraq Avropa Birliyindən Azərbaycan hakimiyyətinə təzyiq göstərərək jurnalist Əfqan Muxtarlının və digər siyasi məhbusların dərhal azad olunmasına nail olmağa çağırır.

Ana səhifəXəbərlərAvropalı liberallar Əfqan Muxtarlının azadlığını tələb edir