Avropadakı müsavatçılar Merkelə müraciət edib

”Siyasi mühacirlərə təzyiqlərə son qoyulsun!”

Source:


”Siyasi mühacirlərə təzyiqlərə son qoyulsun!”

Berlin şəhərində avqustun 18-də Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) “Qarabağa azadlıq!”, “Diktaturaya yox!”, “Siyasi məhbuslara azadlıq!”, “Siyasi mühacirlərə təzyiqlərə son qoyulsun!” şüarları ilə aksiya keçirib.



Amerikanın Səsi

” radiosunun verdiyi xəbərə əsasən, xəbəri Müsavat AKM-in Mətbuat Xidməti yayıb.

Məlumata əsasən, Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putinin görüşünün keçirildiyi binanın önündə baş tutan aksiya işrikrakçıları Angela Merkelin İlham Əliyevlə avqustun 25-də Bakıda keçirəcəyi görüşlə əlaqədar müraciət ünvanlayıb.

“Biz Avropa ölkələrinə sığınmış azərbaycanlılar olaraq bu səfər öncəsi sizdən xahiş edirik ki, Azərbaycan pəhbəri İlham Əliyevlə görüş zamanı ondan beynəlxalq hüquq normalarına əməl etməsini, insan hüquq və azadlıqlarına hörmət etməsini, həbsdə olan bütün jurnalistlərin və siyasi məhbusların dərhal azad olunmasını, sərbəst toplaşmaq hüququnun bərpasını, müstəqil mətbuatın fəaliyyətinə izn verilməsini, siyasi mühacirlərə qarşı təqiblərə son qoyulmasını tələb edəsiniz”, müraciətdə qeyd edilir.

Bundan əvvəl

Demokratik Azərbaycanı Seç

(DAS) ictimai-siyasi təşkilatının üzvləri Angela Merkelə müraciət ünvanlayaraq, kanslerdən Azərbaycanın oliqarx məmurlarına qarşı sanksiyaların qoyulması, çirkli pulların yuyulmasında adları hallanan bəzi alman banklarının barəsində ölçü götürülməsi və diktator hakimiyyətlə əlaqələrə yenidən baxılması istənilib.

Almaniya kansleri Angela Merkel avqustun 23-25-də Cənubi Qafqaz ölkələrinə regional səfərə çıxacaq. Xanım Merkel avqustun 25-də Azərbaycana gələcək.

Ana səhifəXəbərlərAvropadakı müsavatçılar Merkelə müraciət edib