Avropa vizasız gediş-gəlişdə Gürcüstan və Ukrayna ilə razılaşdı

Avropa Komissiyası Ukrayna ilə Gürcüstanın Şengen zonasına vizasız gediş-gəliş üşün bütün tələblərə cavab verdiklərini deyir

Source:

Avropa Komissiyası Ukrayna ilə Gürcüstanın Şengen zonasına vizasız gediş-gəliş üşün bütün tələblərə cavab verdiklərini deyir.

Bu ölkələrə qarşı viza rejimi artıq gələn ildən qaldırıla bilər.

Komissiya dekabrın 18-də bəyan edib ki, yekun qərarı indi Avropa Birliyi ölkələri ilə Avropa Parlamenti verməlidir.

Amma Brüsseldəki mənbələr deyir ki, Avropa Parlamenti müsbət qərar versə də bir sıra üzv ölkələr buna qarşı çıxa bilər.

Almaniya başda olmaqla bir neçə ölkə hesab edir ki, bu miqrant axınının artmasına səbəb ola bilər.

Ana səhifəXəbərlərAvropa vizasız gediş-gəlişdə Gürcüstan və Ukrayna ilə razılaşdı