17.39. Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov Azadlıq Radiosuna AŞ NK-in çağırışını belə şərh edib: “Mən bunu şərh etmək istəmirəm. Məsələyə hüquqi müstəvidə, qanun və qaydalara əsasən baxılmalıdır. Avropa İnsan Haqları Məhkəməsinin qərarına Ali Məhkəmənin plenumunda baxılmalıdır. Avropa İnsan Haqları Məhkəməsinin qərarı əsasında da lazımi prosedurlar yerinə yetirilir”.
İlqar Məmmədovun təxirə salınmadan azad edilməsi təmin olunsun
Dekabrın 4-də Avropa Şurasının Nazirlər Komitəsində Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarının icrası məsələsinə baxılıb. Bu barədə REAL sədrinin həbsdə olan vəkili Fuad Ağayev Facebook səhifəsində yazıb.
Fuad Ağayev bildirib ki, Nazirlər Komitəsi bununla bağlı qəbul etdiyi qərarda cinayət qanunvericiliyinin ifadə azadlığının məhdudlaşdırilması üçün tətbiqinin ümumi problem olmasını xatırlatmış, o cümlədən, Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırıb:
• İlqar Məmmədovun təxirə salınmadan azad edilməsi təmin olunsun;
• Hüquqi əsas olmadan cinayət işlərinin başlanmasının qarşısının alınması və prokurorluğun bu kimi cəhdlərinin məhkəmə qaydasında səmərəli araşdırilması üçün görülmüş və ya planlaşdırılmış tədbirlər haqqında konkret və hərtərəfli məlumat təxirə salınmadan təqdim olunsun.