Avropa Parlamentindən Azərbaycanın ərazi bütövlüyünə daha bir dəstək

“Şərq Tərəfdaşlığının bir ölkəsinin digərini işğal etməsi Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərini pozur.

Source:


“Şərq Tərəfdaşlığının bir ölkəsinin digərini işğal etməsi Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərini pozur.

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyindən APA-ya verilən məlumata görə, qətnamədə qonşuluq ərazisinin böyük hissəsinin silahlı münaqişələrdən əziyyət çəkdiyi qeyd olunub, bu ərazidə mövcud həlli uzadılmış münaqişələrin iqtisadi, sosial və siyasi dəyişikliyə əngəl törətdiyi vurğulanıb.

Sənəddə Qonşuluq siyasətinin inkişafına başlıca maneə törədən həlli uzadılmış münaqişələrin (həm Şərq, həm də Cənub istiqamətində) həllində Aİ-nin daha fəal rol oynamalı olduğu qeyd olunur.  Qətnamədə Avropa Qonşuluq Siyasəti ölkələri ilə münasibətlərdə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsinin başlıca prinsip olduğu xüsusilə vurğulanır və bu xüsusda bir dövlət tərəfindən digərinin ərazisinin işğalının yolverilməz olduğu bəyan edilir. Qətnamənin sonunda bir daha tərəfdaş ölkələrin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstək ifadə olunur, eləcə də Avropa Qonşuluq Siyasətinin bu prinsiplərə töhfə verməklə yanaşı, onların dəstəklənməsinin vacibliyi vurğulanır.

Həmçinin qeyd olunur ki, qətnamə Avropa Parlamentinin bundan öncəki 23 oktyabr 2013-cü il qətnaməsinə istinad edib və burada Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe ifadə olunub. “Şərq Tərəfdaşlığının bir ölkəsinin digərini işğal etməsi Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərini pozur. Dağlıq Qarabağ münaqişəsi BMT TŞ-nin məlum 4 qətnaməsi əsasında həll olunmalıdır. Şərq Tərəfdaşlığının bir ölkəsinin digərini işğal etməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərini pozduğu vəDağlıq Qarabağ münaqişəsinin həllinin BMT TŞ-nın 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələri və10 iyul 2009-cu il tarixli Akvila birgə bəyanatında əks olunmuş ATƏT-in Minsk qrupunun əsas prinsiplərinə uyğun şəkildə həyata keçirilməsi ilə bağlı mövqeyini bir daha xatırladır”,- deyə qətnamədə vurğulanıb.

Ana səhifəXəbərlərAvropa Parlamentindən Azərbaycanın ərazi bütövlüyünə daha bir dəstək