Avropa oyunları “Sabunçu” klubunu pulsuz qoyub

Sabunçu rayon İcra Hakimiyyəti: “Son vaxtlar Avropa oyunlarıyla əlaqədar bir az çətinlik yaranıb”

Source:


Sabunçu rayon İcra Hakimiyyəti: “Son vaxtlar Avropa oyunlarıyla əlaqədar bir az çətinlik yaranıb”

Azərbaycanın futbol üzrə həvəskarlar liqasında çıxış edən “Sabunçu” komandası maliyyə problemi yaşayır. Komanda.az saytının məlumatına görə, bu günlərdə Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnirdə qalib gələn komandada ciddi maliyyə problemləri var. Banişevski turnirindən sonra Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən “Sabunçu”ya yardım ediləcəyi deyilsə də, komanda son oyunlara öz hesabına yollanır.

Həvəskarlar liqasının 1/4 final mərhələsinin ilk oyununda evdə “Mil”i (Beyləqan) 4:2 hesabıyla məğlub edən komanda səfər oyununa yollanmağa çətinliklə pul tapıb. Buna baxmayaraq, komanda ikinci oyunda da qalib gələrək (2:1) yarımfinala vəsiqə qazanıb.

Məsələyə münasibət bildirən Sabunçu Rayon İcra Hakimiyyətinin birinci müavininin köməkçisi Məhəmməd Qasımov Komanda.az-a deyib ki, səbəb Avropa oyunlarıdır: “”Sabunçu” komandasına yardım edəcəyimizlə bağlı söz vermişik. Vaxtilə yardım etmişik də. Amma son vaxtlar Avropa oyunlarıyla əlaqədar bir az çətinlik yaranıb. Tezliklə yardımı davam etdirəcəyik”.

Ana səhifəXəbərlərAvropa oyunları “Sabunçu” klubunu pulsuz qoyub