Avropa Məhkəməsi Murad Ədilovun növbəti şikayətini icraata götürdü

“Bundan əvvəl isə Avropa Konvensiyasının 5-ci maddəsinin – həbs qərarının qanunsuzluğu ilə bağlı şikayət icraata götürülmüşdü”

Source:


“Bundan əvvəl isə Avropa Konvensiyasının 5-ci maddəsinin – həbs qərarının qanunsuzluğu ilə bağlı şikayət icraata götürülmüşdü”

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü (küllü miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum edilən Murad Ədilovun Avropa Məhkəməsinə daha bir şikayəti icraata göndərilib.

Bu barədə Meydan TV-yə danışan vəkil Yalçın İmanov bildirdi ki, Murad Ədilovun həbsi zamanı Avropa Konvensiyasının 3-cü maddəsinin pozulması ilə bağlı şikayət verilmişdi:

“Bu maddə işgəncələrin qadağan olunmasını nəzərdə tutur. Bundan əvvəl isə Avropa Konvensiyasının 5-ci maddəsinin – Murad haqda seçilmiş həbs qərarının qanunsuzluğu ilə bağlı şikayət icraata götürülmüşdü”.

Vəkil deyib ki, Murad Ədiliv 2014-cü ilin avqustun 11-də həbs ediləndə Sabirabad rayon polis şöbəsində 1 saata yaxın döyülüb: “Murad Ədilov istintaqda və məhkəmədə deyirdi ki, ondan etirafedici ifadə almaq üçün onu döyüblər. Bu barədə şikayəti Respublika Prokurorluğu araşdırsa da, cinayət işi açmaqdan imtina etdi. Biz Səbail və Bakı Apellyasiya məhkəmələrinə məhkəmə nəzarəti qaydasında həmin qərardan şikayət etsək də, şikayətimiz təmin olunmadığından ölkədaxili müdafiə vasitələri tükəndi. Bundan sonra Avropa Məhkəməsinə göndərdim, məhkəmə də Konvensiyanın 3-cü maddəsinin pozuntusu ilə bağlı şikayəti icraata götürdü”.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Murad Ədilovun növbəti şikayətini icraata götürdü