Avropa Məhkəməsi Lapşinə görə Azərbaycanı cərimələdi

Azərbaycan tərəfi bildirirdi ki, o, ölkənin işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ora gedib.

Source: Specify Source


"Azərbaycan hökuməti ərizəçiyə 30 min avro təzminat ödənilməlidir"

Bu gün, mayın 20-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha 4 qərarını elan edib.

Məhkəmə şikayətçilərin iddia etdiyi pozuntuların əksəriyyətini tanıyıb və Azərbaycan dövlətinin üzərinə ərizəçilərə ümumilikdə 118 min avrodan artıq təzminat ödəmək vəzifəsi qoyub.

“Aleksandr Lapşin Azərbaycana qarşı” işdə AİHM ərizəçiyə münasibətdə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusuna (həm substantiv, həm də prosedural) qərar

verib

.

Qərara əsasən, Azərbaycan hökuməti ərizəçiyə 30 min avro təzminat ödənilməlidir.

Aleksandr Lapşin həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşıdır.

2016-cı ildə o, Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib.

Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilirdi və buna görə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası almışdı. Daha sonra isə əhv edilmişdi.

Hüquqşünas Fariz Namazlı AİHM-in qərarı ilə bağlı bildirib ki, o, ərizəsində Azərbaycanda həbsdə olduğu dövrdə qeyri-insani rəftara məruz qaldığını, öldürülməyə cəhd edildiyini və birnəfərlik kamerada saxlanıldığını iddia edib.

AİHM ona qarşı Avropa Konvensiyasının 2-ci maddəsinin maddi və prosessual əsasdan pozuntusunu tanıyıb: “Buna görə 30 min avro təzminat alacaq. Ancaq AİHM Lapşinin 3-cü maddə üzrə şikayətinin araşdırılmasına ehtiyac görməyib. Maraqlıdır ki, Azərbaycan tərəfdən bu işdə vəkil kimi Ceyhun Qaracayev iştirak edib və o, 2-ci maddənin maddi əsaslı pozuntusu ilə razı olmayıb və xüsusi rəy verib”.

Azərbaycan tərəfi bildirirdi ki, o, ölkənin işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ora gedib.

Bundan başqa, Lapshinin özünün puerrtto (LiveJournal) səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etdiyi bildirilir.

Həmçinin, vurğulanır ki, o, Azərbaycanın işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar da səsləndirib.

Lapşin isə məhkəmədə özünü təqsirli bilmədiyini deyib. Buna baxmayaraq, 2017-ci il iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlu sayılan blogeri 3 il azadlıqdan məhrum edib. Daha sonra o, əhv edilərək sərbəst buraxılıb.

Məhkəmənin qərar qəbul etdiyi

növbəti iş

“Mehman Əliyev və başqaları Azərbaycana qarşı”dır. Bu işdə AİHM hesab edib ki, ərizəçilərin hər birinə münasibətdə birləşmək azadlığı hüququ pozulub.

12 nəfər ərizəçinin hər birinə 4500 avro, hüquqi xərclərə görə isə ümumilikdə 6000 avro ödənilməlidir.

“Elçin Abdullayev və başqaları Azərbaycana qarşı” – işdə də məhkəmə ərizəçilərin birləşmək hüququnun pozulduğuna qərar verib.

Qərara görə, hökumət 13 ərizəçidən dördünə 540, ikisinə 1080, üçünə 1620, bir nəfərə 2160, daha iki nəfərə 2430, bir ərizəçiyə 4500, daha birinə 6000, sonuncu iki nəfərə isə birgə 1360 qvro təzminat ödəməlidir. Təzminatlar birlikdə 28 min 60 avro edir.

“Elçin Məmməd Azərbaycana qarşı” şikayətdə isə AİHM hesab edib ki, bu ərizə qəbuledilməzdir.

Ana səhifəSiyasətAvropa Məhkəməsi Lapşinə görə Azərbaycanı cərimələdi