Vəkillərin şikayəti araşdırılır
Avropa Məhkəməsi 5 iş üzrə Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb.
Bu barədə məlumatı vəkil Fariz Namazlı öz Facebook səhifəsində yayıb. Kommunikasıyası aparılan işlər – İntiqam Əliyev və Ənnağı Hacıbəylinin 2006-cı ildə Vəkillər Kollegiyasına üzv qəbul edilməsindən imtina olunması, Xalid Bağırovun 2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsində söylədiyi fikirlərə görə Vəkillər Kollegiyasından çıxarılması ilə bağlıdır.
Vəkilin sözlərinə görə, İntiqam Əliyev və Ənnağı Hacıbəylinin işi üzrə Konvensiyanın 6.1, 10-cu və 34-cü maddələrinin, Xalid Bağırovun işi üzrə həm də 8, 10 və 18-ci maddələrinin pozuntusu halları araşdırılır:
“Növbəti iş CM-nin 234.1-ci maddəsi üzrə məhkum edilmiş Dursun Əliyevin şikayəti üzrədir ki, burada Konvensiyanın 6.1 və 6.3-cü maddələrinin pozuntusu iddia edilir. Digər iş isə Həkimeldostu Mehdiyevin 2011-ci ildə məhkum edilməsi ilə bağlıdır”.