Əbdül Əbilovun hüquqları Konvensiyanın 5.1, 5.3 və 18-ci maddələri ilə pozulub
Avropa Məhkəməsi hazırda13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan bloqçu Əbdül Əbilovun şikayəti üzrə kommunikasiyaya başlayıb. Bu barədə məlumatı bloqçunun vəkili Fariz Namazlı öz Facebook səhifəsində yayıb.
Onun sözlərinə görə, Əbdül Əbilovun hüquqları Konvensiyanın 5.1, 5.3 və 18-ci maddələri ilə pozulub və bu şikayət onun 22 noyabr 2013-cü ildə həbs olunması, həbsinin qanunsuz olması və məhkəməyə qədər həbsdən azad edilmək huququnun pozuntusu ilə bağlıdır.
Bloqçu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.